Təşkilati risklərin idarə edilməsi və risk hesabatlığı bölməsinin rəhbəri
ATB Bank
- Şirkət
- ATB Bank
- Şəhər
- Bakı
- İş rejimi
- Ofisdə
- Məşğulluq
- Tam ştat
- Son müraciət
- 29.10.2026
- Bank üzrə Enterprise Risk Management (ERM) çərçivəsinin hazırlanmasını, tətbiqini və davamlı təkmilləşdirilməsini təmin edir;
- Risklərin identifikasiyası, qiymətləndirilməsi, monitorinqi və hesabatlılığı üzrə metodologiyaların hazırlanmasını və tətbiqini təşkil edir;
- Risk İştahası Bəyannaməsinin (Risk Appetite Statement) hazırlanmasını, monitorinqini və dövri yenilənməsini koordinasiya edir;
- Əsas Risk Göstəricilərinin (KRI) müəyyən edilməsini, monitorinqini və təhlilini təmin edir;
- Bank üzrə Risk Reyestrinin, Risk Xəritəsinin və digər ERM alətlərinin yaradılmasını və təkmilləşdirilməsini təmin edir;
- Risk və nəzarət mühitinin qiymətləndirilməsi məqsədilə RCSA prosesinin həyata keçirilməsini koordinasiya edir və nəticələrinin monitorinqini aparır;
- Yeni yaranan risklərin müəyyən edilməsini təşkil edir və onların Bankın fəaliyyətinə təsirini qiymətləndirir;
- Bankın risk mədəniyyətinin inkişafı məqsədilə maarifləndirmə tədbirlərini və təlimləri təşkil edir.
- Riskləri İdarəetməsi Komitəsi, İdarə Heyəti və Müşahidə Şurası üçün risk hesabatlarının hazırlanmasını və təkmilləşdirilməsini təmin edir;
- Risk göstəricilərinin təhlilini aparır, əsas risk meyillərini müəyyən edir və rəhbərliyə qərarvermə üçün analitik məlumat təqdim edir;
- Risk məlumatlarının keyfiyyətinə nəzarət edir, məlumat bazalarının inkişaf etdirilməsini və avtomatlaşdırılmasını təşviq edir;
- Risk hesabatlarının beynəlxalq təcrübə və tənzimləyici tələblərə uyğun təkmilləşdirilməsini təmin edir;
- Dashboard və BI əsaslı risk hesabatlarının hazırlanması üzrə təşəbbüslərdə iştirak edir.
Tələblər
- İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya digər müvafiq sahə üzrə ali təhsil;
- Bank sektorunda, xüsusilə risklərin idarə olunması, ERM, risk hesabatlılığı və ya əməliyyat risklərinin idarə olunması sahəsində 3-5 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərində sərbəst işləmə bacarığı;
- Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktları, qaydaları və tələbləri üzrə biliklər;
- FRM, CFA, CRISC və ya digər beynəlxalq risk idarəetmə sertifikatlarının olması və ya əldə edilməsinə marağın olması üstünlük hesab olunur.
Bacarıqlar: ERM, Risk idarəetməsi, Risk hesabatlılığı, Risk Appetite Statement, KRI, Risk Reyestri, Risk Xəritəsi, RCSA, Dashboard, BI, İngilis dili, Azərbaycan dili