Müəssisəyə daxil olan və müəssisədən çıxarılan yüklərin yüklənməsi və boşaldılmasını həyata keçirir.
Yüklərin düzgün və təhlükəsiz yerləşdirilməsini təmin edir.
Yüklərin qablaşdırılmasının bütövlüyünü yoxlayır və aşkar edilmiş zədələnmələr barədə məsul şəxsə məlumat verir.
Yüklərin çeşidlənməsi, sayılması və markalanması işlərində iştirak edir.
Məhsulların və materialların anbar daxilində müəyyən edilmiş qaydada yerləşdirilməsində iştirak edir.
Yüklərin daşınması zamanı onların düşməsinin, zədələnməsinin və digər təhlükəli halların qarşısını alır.
Ağır və iri ölçülü yüklərin daşınması zamanı digər işçilərlə koordinasiyalı işləyir.
Yükqaldırıcı mexanizmlərdən yalnız müvafiq icazə, təlimatlandırma və səlahiyyət olduqda istifadə edir.
İş yerini səliqəli və təmiz saxlayır.
İş prosesində avadanlıqların, inventarların və digər əmlakın qorunmasına diqqət yetirir.
İş zamanı aşkar etdiyi nasazlıq, təhlükəli vəziyyət, qəza və ya xəsarət barədə dərhal rəhbərinə məlumat verir.
İşçi özünün və digər əməkdaşların əməyin mühafizəsi və təhlükəsizliyi tələblərinə riayət etməsinə, təhlükəsiz əmək şəraitinin təmin edilməsinə və müəyyən edilmiş təhlükəsizlik qaydalarının pozulmasının qarşısının alınmasına görə məsuliyyət daşıyır.
Tələblər
Fiziki cəhətdən sağlam və fiziki işə yararlı olmalıdır;
Ağır və müxtəlif çəkili yüklərin təhlükəsizlik qaydalarına uyğun daşınmasını bacarmalıdır;
İş zamanı diqqətli, çevik və məsuliyyətli olmalıdır;
Fiziki dözümlülüyə və iş qabiliyyətinə malik olmalıdır;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməlidir;
Yanğın təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarını bilməlidir;
Yüklərin düzgün qaldırılması, daşınması və yerləşdirilməsi qaydalarını bilməlidir;
Fərdi mühafizə vasitələrindən düzgün istifadə etməlidir;
Komandada işləmək bacarığına malik olmalıdır;
Rəhbərliyin qanuni tapşırıqlarını vaxtında və düzgün yerinə yetirməlidir;
İş yerində səliqə-sahmana və əmək intizamına riayət etməlidir;
Məsuliyyətli, intizamlı və işə davamiyyətli olmalıdır;
Bacarıqlar: Yükləmə-boşaltma, Yük çeşidləmə, Yük sayma, Yük markalanması, Anbar yerləşdirməsi, Yük qaldırma, Əməyin mühafizəsi, Yanğın təhlükəsizliyi, Sanitariya-gigiyena, Fərdi mühafizə vasitələri