Mexaniki avadanlıqların texniki baxışını, diaqnostikasını, təmirini və sazlanmasını həyata keçirmək;
Avadanlıqların quruluşunu və iş prinsipini bilmək və texniki nasazlıqları müəyyən etmək;
Avadanlıqlarda yaranan nasazlıqların səbəblərini müəyyənləşdirmək və operativ şəkildə aradan qaldırmaq;
Nasos, reduktor, mühərrik, mexaniki ötürücü və digər sənaye avadanlıqlarının texniki xidmətini həyata keçirmək;
Podşipnik, salnik, mufta, val, kəmər, dişli çarx və digər mexaniki hissələrin dəyişdirilməsi və quraşdırılmasını həyata keçirmək;
Texniki çertyojları, sxemləri və avadanlıq pasportlarını oxumaq və onlardan iş prosesində istifadə etmək;
Ştangençirkul, mikrometr və digər ölçü alətlərindən düzgün istifadə etmək;
Preventiv texniki xidmət (PM) işlərini müəyyən edilmiş qrafik və prosedurlara uyğun həyata keçirmək;
Təmir və texniki xidmət zamanı istifadə olunan əl və ölçü alətlərindən düzgün və təhlükəsiz istifadə etmək;
Görülmüş təmir və texniki xidmət işləri barədə müvafiq qeydlərin aparılmasını təmin etmək;
Avadanlıqların etibarlı və fasiləsiz işləməsini təmin etmək məqsədilə texniki tədbirlər həyata keçirmək;
Əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
İşlərin müəyyən edilmiş prosedur və standartlara uyğun, vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək.
Tələblər
Ali və ya orta ixtisas texniki təhsil;
Mexanika, maşınqayırma, mexatronika və ya əlaqəli sahə üzrə biliklər;
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
Sənaye avadanlıqlarının, nasosların, reduktorların, mühərriklərin və mexaniki ötürücülərin iş prinsipləri üzrə biliklər;
Mexaniki avadanlıqların diaqnostikası, təmiri və texniki xidmətinin həyata keçirilməsi üzrə praktiki bacarıqlar;
Texniki çertyoj, sxem və avadanlıq pasportlarını oxumaq bacarığı;
Podşipnik, salnik, mufta, val, kəmər, dişli çarx və digər mexaniki hissələrlə işləmək bacarığı;
Preventiv texniki xidmət (PM) prinsipləri üzrə biliklər;
Ölçü və əl alətlərindən düzgün istifadə etmək bacarığı;
Əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər;
Komandada işləmək və verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək bacarığı;
Fiziki işlərə uyğunluq və istehsalat şəraitində işləmək bacarığı.
Bacarıqlar: Mexaniki avadanlıqlar, Avadanlıq diaqnostikası, Avadanlıq təmiri, Texniki xidmət, Sənaye avadanlıqları, Nasoslar, Reduktorlar, Mühərriklər, Mexaniki ötürücülər, Texniki çertyojlar, Preventiv texniki xidmət, Ölçü alətləri