İllik biznes planın hazırlanmasını koordinasiya etmək;
Orta və uzunmüddətli maliyyə və inkişaf proqnozlarının hazırlanmasında iştirak etmək;
Strateji təşəbbüslər üzrə iqtisadi qiymətləndirmə aparmaq;
Seqment, məhsul və kanal üzrə rentabellik analizlərini həyata keçirmək;
KPI-lərin strateji məqsədlərlə uyğunluğunu təhlil etmək;
Alternativ inkişaf ssenarilərini modelləşdirmək;
Rüblük və illik strateji icmal materiallarını hazırlamaq.
Tələblər
Maliyyə, iqtisadiyyat və ya biznes üzrə ali təhsil (xaricdə təhsil üstünlükdür);
Bank və ya maliyyə sektorunda minimum 2–3 il müvafiq iş təcrübəsi;
Strateji planlaşdırma, büdcələmə və maliyyə proqnozlaşdırılması sahəsində biliklər;
Maliyyə modelləşdirmə və investisiya layihələrinin qiymətləndirilməsi bacarığı;
Seqment, məhsul və kanallar üzrə rentabellik analizlərinin aparılması;
KPI-lərin strateji hədəflərlə uyğunlaşdırılması və performans təhlili;
Alternativ inkişaf ssenarilərinin modelləşdirilməsi;
Güclü analitik düşüncə və biznes yanaşması;
Microsoft Excel və Microsoft PowerPoint proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
Ünsiyyət və komandada işləmək bacarığı;
İngilis dili biliyi (arzuolunandır);
CFA Level I və ya FMVA sertifikatları üstünlükdür.
Bacarıqlar: Strateji planlaşdırma, Büdcələmə, Maliyyə proqnozlaşdırılması, Maliyyə modelləşdirməsi, İnvestisiya qiymətləndirməsi, Rentabellik analizi, KPI analizi, Biznes planlaşdırma, Excel, PowerPoint, İngilis dili, CFA Level I