Radisson Baku Hotelə təcrübəli Income Auditor (Gəlirlər üzrə Auditor) axtarırıq, uyğun fəaliyyət sahəsində təcrübəsi olan namizədi komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifə və öhdəliklər:
Otelin gündəlik gəlir hesabatlarının yoxlanılması və təhlili;
Otaq gəlirləri, restoran və digər xidmətlər üzrə gəlirlərin düzgünlüyünə nəzarət;
Gəlir əməliyyatlarında uyğunsuzluqların müəyyən edilməsi və araşdırılması;
Gündəlik maliyyə hesabatlarının dəqiqliyinin təmin edilməsi;
Müvafiq əməliyyatların və mühasibat məlumatlarının yoxlanılması.
Tələblər:
1C proqramı üzrə biliklər mütləqdir;
Otel və ya restoran sahəsində iş təcrübəsi arzuolunandır;
OPERA PMS və Microsoft Office proqramlarını bilmək arzuolunandır;
Mühasibat uçotu və gündəlik gəlirlərin yoxlanılması üzrə biliklər;
Diqqətlilik, analitik düşünmə və məsuliyyətlilik.
Təcrübəli namizədlər, yuxarıda qeyd olunan vəzifə ilə maraqlananlar Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Bacarıqlar: 1C, Otelçilik, OPERA PMS, Microsoft Office, Mühasibat uçotu, Gəlir auditi