Biopet Shop Azərbaycanda fəaliyyət göstərən, ev heyvanları üçün məhsul satışı bazarında sürətlə böyüyən pərakəndə və e-commerce şirkətidir.
Satış və əməliyyatlar üzrə rəhbər rolu şirkətin bütün satış əməliyyatlarına, kommersiya performansına, kateqoriya idarəçiliyinə və operativ proseslərə (çatdırılma, anbar, təchizat, audit) cavabdeh olacaq. Axtardığımız namizəd pərakəndə satış sistemlərini dərindən bilən, kommersiya göstəricilərini (gəlirlilik, marja, markup və s.) analiz edə bilən və öz komandasını nəticəyə yönəldə bilən güclü liderdir.
Əsas Öhdəliklər
10+ filialın satış əməliyyatlarına rəhbərlik, satış hədəflərinin filiallar üzrə bölüşdürülməsi və icrasına nəzarət
Filial, brend, kateqoriya və məhsul səviyyəsində gəlirlilik analizi, marja və qiymət strategiyasının idarə edilməsi
Kateqoriya management təcrübəsi və ya güclü anlayışı
Merçendayzinq prinsiplərini bilmək və tətbiq etmək bacarığı
Satış targetləri qoymaq, KPI sistemi qurmaq və performans idarəetmə təcrübəsi
Supply chain / təchizat prosesləri haqqında bilik
Komanda idarəçiliyi təcrübəsi (minimum 10+ nəfərlik komanda)
Data-driven düşüncə (Excel/Google Sheets-də güclü analitik bacarıqlar)
Üstünlük:
Pet industry, FMCG və ya specialty retail sektorunda təcrübə
E-commerce satış kanalı ilə tanışlıq
1C, ERP və ya POS sistemləri ilə iş təcrübəsi
İngilis və Rus dililərindən birini peşəkar bilmək
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bacarıqlar: Retail Sales Management, Commercial Analytics, Category Management, Merchandising, KPI Management, Supply Chain, Team Management, Excel, Google Sheets, 1C, İngilis dili, Rus dili