Hotelin marketinq strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
Sosial media hesablarının idarə olunmasını və kontent planının hazırlanmasını təmin etmək;
Hotelin xidmətləri, kampaniyaları və tədbirləri ilə bağlı reklam materialları hazırlamaq;
Sosial media paylaşımları, bannerlər, posterlər, broşürlər və digər vizual materialların dizaynını hazırlamaq;
Foto və video kontentin hazırlanması, redaktəsi və paylaşılmasını təşkil etmək;
Hotelin brend standartlarına və Accor şəbəkəsinin korporativ tələblərinə uyğun vizual materiallar hazırlamaq;
Marketinq kampaniyalarının planlaşdırılması və nəticələrinin təhlilini həyata keçirmək;
Hotelin restoran, SPA, tədbir və digər xidmətlərinin tanıdılması üçün marketinq fəaliyyətləri təşkil etmək;
Satış şöbəsi və digər aidiyyəti bölmələrlə koordinasiyalı işləmək;
Rəqiblərin fəaliyyətini və bazar tendensiyalarını izləmək;
Marketinq fəaliyyətləri üzrə hesabatlar hazırlamaq.
Namizədə tələblər:
Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
Qrafik dizayn sahəsində praktiki təcrübə;
Adobe Photoshop, Illustrator və Canva proqramları ilə işləmək bacarığı;
Sosial media platformalarının idarə olunması və kontent hazırlanması üzrə təcrübə;
Rəqəmsal marketinq və reklam alətləri barədə bilik;
Kreativ düşüncə və vizual zövq;
Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür;
Güclü ünsiyyət, planlaşdırma və təşkilatçılıq bacarıqları;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
Komanda ilə işləmək və bir neçə işi paralel idarə etmək bacarığı.
İş şəraiti:
Rəsmi əmək müqaviləsi;
Peşəkar və dinamik kollektiv;
Karyera inkişafı imkanları;
Nahar təminatı;
Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətə əvvəlki işlərdən ibarət portfolio əlavə edilməsi arzuolunandır.
Mövzu hissəsində “Marketinq Meneceri” qeyd etmələri xahiş olunur.
Bacarıqlar: Marketinq, Qrafik dizayn, Adobe Photoshop, Adobe Illustrator, Canva, Sosial media idarəetməsi, Kontent hazırlanması, Rəqəmsal marketinq, Reklam alətləri, Azərbaycan dili, İngilis dili, Rus dili