Satış üzrə operator
NewCond
- Şirkət
- NewCond
- Şəhər
- Bakı
- İş rejimi
- Ofisdə
- Məşğulluq
- Tam ştat
- Maaş
- 500 AZN
- Son müraciət
- 14.11.2026
Newcond şirkəti satış komandamıza qoşulmaq üçün məsuliyyətli, ünsiyyətcil və işində dəqiq olan Satış üzrə operator axtarır.
İş öhdəlikləri
- Daxil olan telefon zənglərini cavablandırmaq və müştərilərə operativ dəstək göstərmək;
- Kondisioner sistemlərində istifadə olunan avadanlıq və materiallar, eləcə də satış qiymətləri barədə müştəriləri məlumatlandırmaq;
- Zərurət yarandıqda satış prosesini həyata keçirmək;
- Müştərilərin sifarişlərini və müraciətlərini qəbul etmək və qeydiyyatını aparmaq;
- Müvafiq sənədləri hazırlamaq və rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Namizədə tələblər
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Kondisioner sistemlərində istifadə olunan avadanlıq və materiallar haqqında ümumi biliklər;
- Microsoft Excel, Word və 1C proqramlarında sərbəst işləmək bacarığı;
- Sənədləşmə işlərini aparmaq və texniki məlumatlarla işləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
- Məsuliyyətlilik, dəqiqlik, punktuallıq və nizam-intizam qaydalarına riayət etmək;
- Komandada işləmək və müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı.
Rus və ingilis dillərini bilən namizədlərə üstünlük verilir.
İş şəraiti
- Əlavə qazanc: Satış nəticələrinə əsasən bonus;
- İş qrafiki: Həftənin 6 günü, saat 10:00-dan 19:00-dək;
- İstirahət günləri: Həftədə 1 dəfə istirahət günü;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bacarıqlar: Satış, Müştəri xidməti, Kondisioner sistemləri, Sənədləşmə, Texniki məlumatlar, Excel, Word, 1C, Azərbaycan dili, Rus dili, İngilis dili