Onlayn satış şöbə müdiri
Baku Electronics
- Şirkət
- Baku Electronics
- Şəhər
- Şəki
- İş rejimi
- Ofisdə
- Məşğulluq
- Tam ştat
- Son müraciət
- 13.11.2026
Vəzifə funksiyaları
- Satış hədəflərinin hazırlanmasında iştirak etmək, hədəfləri komanda üzvlərinə düzgün şəkildə bölüşdürmək və icrasına nəzarət etmək;
- Onlayn satışların artırılması və satış proseslərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Şirkətin veb-saytları üzrə trafik göstəricilərini izləmək, problemləri analiz etmək və aradan qaldırılmasına nəzarət etmək;
- Gündəlik satış nəticələrini təhlil etmək, KPI göstəriciləri üzrə analizlər aparmaq və hesabatlar hazırlamaq;
- Brendlər üzrə bazar araşdırmaları aparmaq və rəqabət mühitini analiz etmək;
- Sayt üzərindən daxil olan sifarişləri izləmək, stok idarəçiliyi və çatdırılma proseslərinin effektivliyinə nəzarət etmək.
Tələblər
- E-commerce və ya onlayn satış sahəsində iş təcrübəsi;
- Güclü analitik düşüncə və məlumatlarla işləmə qabiliyyəti;
- Effektiv ünsiyyət və təqdimat bacarıqları;
- Problemləri operativ şəkildə analiz edib həll etmə bacarığı;
- Google Analytics və digər analitik alətlərlə işləmə bacarığı;
- CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bacarıqlar: E-commerce, Onlayn satış, Google Analytics, CRM, KPI analizi, Bazar araşdırması, Stok idarəçiliyi