Kassir yarım ştat
Olivia Beauty & Care
- Şirkət
- Olivia Beauty & Care
- Şəhər
- Azərbaycan
- İş rejimi
- Ofisdə
- Məşğulluq
- Yarımştat
- Son müraciət
- 13.11.2026
Təsvir
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
- Nağdsız və Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
- Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
- Mağaza rəhbəri olmadığı müddətdə heyyətin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi;
- Yaranan problemlərlə bağlı müvafiq struktur rəhbərlərinin məlumatlandırılması.
Tələblər:
- Natamam ali təhsil (Ali təhsil arzu olunandır);
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı)
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik.
İş şəraiti:
- İş yeri: Əhmədli filialı;
- İş günləri: Növbəli iş qrafiki;
Sən də bizim komanda üzvü olmaq istəyirsənsə sadəcə Müraciət et düyməsində qeyd olunan link vasitəsi ilə keçid edə bilərsən.
Bacarıqlar: Kassa əməliyyatları, Nağd ödənişlər, Nağdsız ödənişlər, Hesabatlıq, MS Office, Mikro ERP, 1C, Azərbaycan dili, Rus dili