Şirkət üzrə SƏTƏM sənədləşmə proseslərinin təşkil edilməsi, aparılması və mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;
Təlimatların və təlimlərin keçirilməsinin təşkil edilməsi;
SƏTƏM üzrə daxili prosedurların, təlimatların, qaydaların və digər normativ sənədlərin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
SƏTƏM rəhbərliyi tərəfindən verilən gündəlik və dövri tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək;
Layihələr və struktur bölmələr üzrə SƏTƏM fəaliyyətlərinin koordinasiyasında iştirak etmək;
Layihələrdən daxil olan SƏTƏM hesabatlarının, yoxlama aktlarının və digər sənədlərin toplanmasını, yoxlanılmasını və sistemləşdirilməsini təmin etmək;
SƏTƏM üzrə həftəlik, aylıq və illik hesabatların, statistik məlumatların və təqdimatların hazırlanması;
Risklərin qiymətləndirilməsi, JSA/JHA, Method Statement, Planların və digər təhlükəsizlik sənədlərinin yoxlanılmasında iştirak etmək;
SƏTƏM üzrə müəyyən edilmiş tədbirlər planlarının, tapşırıqların və düzəldici fəaliyyətlərin icra vəziyyətini izləmək;
SƏTƏM üzrə təlimlərin, sertifikatların və işçilərin müvafiq sənədlərinin uçotunun aparılmasını və etibarlılıq müddətlərinə nəzarəti təmin etmək;
Daxili və xarici SƏTƏM auditlərinə hazırlıq prosesində iştirak etmək, tələb olunan sənədləri hazırlamaq;
SƏTƏM üzrə iclasların təşkili, iclas protokollarının hazırlanması və qəbul edilmiş qərarların icrasının izlənilməsi;
SƏTƏM sənədlərinin elektron və fiziki arxivləşdirilməsinin təmin edilməsi;
Podratçı və subpodratçı şirkətlərdən tələb olunan SƏTƏM sənədlərinin toplanması və uyğunluğunun yoxlanılmasında təmin etmək;
Qanunvericiliyin, şirkətin daxili SƏTƏM prosedurlarının və tətbiq olunan standartların tələblərinə uyğunluğun təmin edilməsinə nəzarət etmək;
Layihələrə səfərlər edərək SƏTƏM fəaliyyətlərinin yoxlanılmasında iştirak etmək.
Tələblər
Namizədə tələblər
Ali təhsil (texniki, mühəndislik və ya aidiyyatı təhsil üstünlükdür);
SƏTƏM / HSE sahəsində minimum 3 il iş təcrübəsi (tikinti sektorunda iş təcrübəsi üstünlükdür);
FHN tərəfindən verilmiş müvafiq Şəhadətnamə və vəsiqəsinin olması;
IOSH, ISO45001, ISO14001 sertifikatının olması (NEBOSH IGC sertifikatının olması üstünlükdür);
Azərbaycan Respublikasının əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə qanunvericilik tələblərini bilmək;
SƏTƏM prosedurları, təlimatlar, risk qiymətləndirmələri və hesabatların hazırlanması üzrə praktiki biliklər;
MS Office proqramlarında, xüsusilə Excel, Word və PowerPoint-də sərbəst işləmək bacarığı;
Azərbaycan və ingilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Analitik düşünmə, məlumatları sistemləşdirmə və hesabat hazırlama bacarığı;
Məsuliyyətli, diqqətli, intizamlı və komanda ilə işləmək bacarığına malik olmaq.
Bacarıqlar: HSE, FHN şəhadətnaməsi, IOSH, ISO 45001, ISO 14001, Əməyin mühafizəsi, Texniki təhlükəsizlik, Yanğın təhlükəsizliyi, Risk qiymətləndirməsi, MS Office, Azərbaycan dili, İngilis dili