FMG-nin layihələri üzrə mühafizə xidmətinin işini təşkil etmək, əməkdaşların fəaliyyətinə nəzarət etmək və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək.
Vəzifə öhdəlikləri:
Mühafizə əməkdaşlarının işinə, davamiyyətinə və növbə qrafiklərinə nəzarət etmək;
Obyektlərdə təhlükəsizlik yoxlamaları aparmaq və aşkar edilən nöqsanların aradan qaldırılmasını izləmək;
İnsidentlər və qayda pozuntuları barədə rəhbərliyi məlumatlandırmaq;
Xidməti hesabatları və digər zəruri sənədləri hazırlamaq;
Müştəri nümayəndələri ilə işgüzar münasibətləri qorumaq və xidmət keyfiyyətinin artırılması üçün təkliflər vermək;
Yeni əməkdaşların təlimatlandırılmasına və işə uyğunlaşmasına dəstək göstərmək.
Tələblər:
Mühafizə sahəsində iş təcrübəsi;
Əməkdaşların fəaliyyətini təşkil etmək və onlara nəzarət etmək bacarığı;
Rus dili biliyi;
Microsoft Word və Excel proqramlarından istifadə bacarığı;
Hesabat və xidməti sənədlər hazırlamaq bacarığı;
Məsuliyyətlilik, intizam, operativ qərarvermə və ünsiyyət bacarığı.
Layihə üzrə qrup rəhbəri (Patrul)
Patrul xidmətinin işini təşkil etmək, patrul əməkdaşlarının fəaliyyətini əlaqələndirmək və obyektlərdə təhlükəsizlik vəziyyətinə nəzarət etmək.
Vəzifə öhdəlikləri:
Patrul marşrutlarını və yoxlamaların təşkilini təmin etmək;
Patrul əməkdaşlarına tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
Obyektlərdə təhlükəsizlik vəziyyətini yoxlamaq, risk və nöqsanları müəyyən etmək;
Aşkar edilmiş problemlər və qayda pozuntuları barədə aidiyyəti şəxsləri məlumatlandırmaq;
Patrul yoxlamaları və aşkar edilmiş nöqsanlar üzrə hesabatlar hazırlamaq;
Xidməti avtomobildən istifadə etməklə patrul yoxlamalarını həyata keçirmək və nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasını təmin etmək.
Tələblər:
Mühafizə sahəsində iş təcrübəsi;
Yüksək əmək intizamı, diqqətlilik və məsuliyyətlilik;
Patrul yoxlamalarının təşkili və əməkdaşların fəaliyyətinə nəzarət bacarığı;
B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması;
Yol hərəkəti qaydalarını bilmək və avtomobili təhlükəsiz idarə etmək bacarığı;
Komanda ilə işləmək və operativ qərarlar qəbul etmək bacarığı.
Tələblər
Bacarıqlar: Mühafizə, Nəzarət, Hesabat hazırlama, Rus dili, Word, Excel, Patrul yoxlamaları, B kateqoriyalı sürücülük vəsiqəsi, Yol hərəkəti qaydaları