Şöbə tərəfindən həyata keçirilən rəqəmsal təhsil və istedad inkişafı layihələrinin effektiv icrasını təmin etmək;
Rəqəmsal təhsil layihələrinin icra planına uyğun olaraq gündəlik fəaliyyətlərin təşkilini və əlaqələndirilməsini təmin etmək;
Layihə sənədlərinin (planlar, hesabatlar, təqdimatlar və s.) hazırlanmasında və maraqlı tərəflərə təqdim edilməsində iştirak etmək;
Layihələrin həyata keçirilməsi prosesində tərəfdaş qurumlarla işgüzar əlaqələri dəstəkləmək və iclaslarda iştirak etmək;
Yerli və xarici səfərlər, görüşlər və tədbirlərlə bağlı logistikanın və təşkilati məsələlərin koordinasiyasını həyata keçirmək;
Təhsilalanlar barədə məlumatların (datanın) toplanması və hesabatların hazırlanmasında iştirak etmək;
Layihələrin monitorinqi üçün nəzərdə tutulmuş məlumatların toplanmasını və müvafiq şöbəyə təqdim edilməsini təmin etmək;
Anket və sorğuların keçirilməsi ilə bağlı təşkilati işlərdə iştirak etmək;
Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək;
Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq dertamentin əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Tələblər
Ali təhsil (təhsil, informasiya texnologiyaları, idarəetmə və ya əlaqəli sahə üzrə);
Təhsil layihələrinin idarəedilməsi üzrə minimum 3 il iş təcrübəsi;
Layihə idarəetməsi üzrə beynəlxalq sertifikatın mövcudluğu zəruridir;
MS Office proqramlarını (Excel, Word, PowerPoint və s.) yüksək səviyyədə bilmək;
Azərbaycan dilini səlis, İngilis dilini yaxşı səviyyədə bilmək, Rus dili arzuolunandır;
Layihə idarə olunması üzrə əsas biliklərə malik olmaq;
Komanda ilə işləmə bacarığı və əməkdaşlığa açıq olmaq;
Effektiv kommunikasiya və ünsiyyət bacarığı, həmçinin tərəfdaşlarla düzgün münasibət qurmaq bacarığı;
Operativlik və doğru qərarvermə bacarığı;
Yüksək məsuliyyət və təşkilatçılıq qabiliyyəti.
Bacarıqlar: Ali təhsil, Təhsil layihələrinin idarəedilməsi, Beynəlxalq layihə sertifikatı, Excel, Word, PowerPoint, Azərbaycan dili, İngilis dili, Rus dili, Layihə idarəetməsi, Məlumat toplama, Sorğular