Kassir (Şamaxı)
Kontakt Home
- Şirkət
- Kontakt Home
- Şəhər
- Şamaxı
- İş rejimi
- Ofisdə
- Məşğulluq
- Tam ştat
- Son müraciət
- 21.11.2026
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
- Ödənilən vəsaitlərin yoxlanması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənməsi, nəzarətdə saxlanması və hesabatının aparılması;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
- Müştərilərin suallarının dinlənilməsi, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönləndirilməsi.
Tələblər
Namizədə tələblər:
- Ali təhsil;
- Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
- Microsoft Office programları üzrə biliklərə malik olmalı;
- İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Biz nə təklif edirik?
- Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Dinamik və müasir iş mühiti;
- Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
- Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar.
İş şəraiti:
- İş yeri: Şamaxı;
- İş qrafiki: Növbəli.
Qeyd: Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bacarıqlar: Kassa əməliyyatları, Nağd ödənişlər, Kassa aparatı, Microsoft Office, Azərbaycan dili, Rus dili, Riyazi biliklər