Fiziki şəxslərə Bankın məhsul və xidmətləri üzrə yüksək səviyyəli xidmət göstərmək;
Müştərilərin ehtiyaclarını müəyyən edərək uyğun bank məhsul və xidmətlərini aktiv şəkildə təklif etmək və satışını həyata keçirmək;
Müəyyən edilmiş fərdi satış hədəflərinin icrasını təmin etmək;
Kredit, depozit, ödəniş kartları və digər bank məhsullarının təqdimatını, satışını və rəsmiləşdirilməsini həyata keçirmək;
Çarpaz satış imkanlarını müəyyən etmək və müştərilərə ehtiyaclarına uyğun əlavə bank məhsulları təklif etmək;
Müştərilərə bank məhsullarının şərtləri, tarifləri, faiz dərəcələri, istifadə qaydaları, yeniliklər və kampaniyalar barədə dolğun məlumat vermək;
Hesablar üzrə nağd və nağdsız əməliyyatların həyata keçirilməsi çərçivəsində müştərilərə xidmət göstərmək;
Müştərilərdən tələb olunan sənədləri qəbul etmək, yoxlamaq və müvafiq prosedurlara uyğun olaraq aidiyyəti struktur bölmələrə yönləndirmək;
Mövcud müştərilərlə münasibətləri inkişaf etdirmək və müştəri məmnuniyyətinin təmin olunmasına töhfə vermək;
Tələblər
Maliyyə, bank işi, iqtisadiyyat, biznesin idarə edilməsi, menecment, digər əlaqəli istiqamətlər üzrə ali təhsil;
Azərbaycan dili səlis olmalı (xarici dil biliyi üstünlükdür);
Satış sahəsində iş təcrübəsi arzuolunandır (aparıcı və baş satış məsləhətçisi vəzifəsinə iddia edən namizədlər üçün minimum 2 il təcrübə);
Bank və ya maliyyə sektorunda satış təcrübəsi üstünlükdür;
Aktiv satış, müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsulun təklif edilməsi bacarığı;
Satış hədəfləri ilə işləmək və nəticəyönümlü yanaşma;
Müştərilərlə effektiv və uzunmüddətli münasibətlər qurmaq bacarığı;
Komandada işləmək bacarığı;
Məsuliyyətlilik, təşəbbüskarlıq və müştəriyönümlülük;
MS Office proqramlarında işləmək bacarığı;
Bacarıqlar: Satış, Aktiv satış, Çarpaz satış, Müştəri ehtiyaclarının analizi, Bank məhsulları, Kredit məhsulları, Depozit məhsulları, Ödəniş kartları, Nağd əməliyyatlar, Nağdsız əməliyyatlar, MS Office, Azərbaycan dili