Satış proqnozları və daxil olan sifarişlər əsasında gündəlik, həftəlik və aylıq istehsal planlarının hazırlanmasında iştirak etmək;
İstehsal planlarına uyğun xammal və qablaşdırma materiallarına olan tələbatı hesablamaq və satınalma şöbəsinə təqdim etmək;
Hazır məhsul və xammal stoklarını gündəlik izləmək, minimum və maksimum ehtiyat səviyyələrinə nəzarət etmək;
Satış, istehsalat, satınalma, logistika və anbar şöbələri ilə planlama üzrə məlumat mübadiləsini və koordinasiyanı təmin etmək;
İstehsal planlarının faktiki icrasını izləmək, plan və fakt göstəriciləri arasındakı fərqləri təhlil etmək;
Satış proqnozları ilə faktiki satışları müqayisə etmək, tələbatdakı dəyişiklikləri müəyyən etmək;
Artıq stokların yaranmasının və məhsul çatışmazlığının qarşısını almaq üçün müvafiq təkliflər hazırlamaq;
Xammal çatışmazlığı, istehsal gecikmələri və sifariş dəyişiklikləri barədə aidiyyəti şöbələri vaxtında məlumatlandırmaq;
Anbarların mövcud tutumunu və məhsulların dövriyyəsini nəzərə alaraq məhsul ehtiyatlarının planlaşdırılmasında iştirak etmək.
Tələblər
Təhsil: Ali;
İş təcrübəsi: 1-3 il;
Kompüter bilikləri: MS Ofis (Excel, Word, PowerPoint, Outlook);
Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır;
Şəxsi Keyfiyyətlər:
Analitik düşüncə və problem həll etmə bacarığı;
Güclü təşkilatçılıq və zamanın idarə olunması qabiliyyəti;
Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma.
İş şəraiti:
İş saatı: 09:00-dan 18:00-dək;
İstirahət: Şənbə və bazar günü;
İş yeri: Luxen Plaza.
Biz nə təklif edirik:
Əmək haqqı: Razılaşma yolu ilə;
Şəhərin mərkəzində ofis;
Dinamik və gənc komanda ilə iş imkanı.
Bacarıqlar: Excel, Word, PowerPoint, Outlook, İngilis dili, Rus dili, İstehsal planlaşdırılması, Stok idarəetməsi, Tələbat planlaşdırılması, Satış proqnozlaşdırması