Motion dizayner
Pro Media Group
- Şirkət
- Pro Media Group
- Şəhər
- Bakı
- İş rejimi
- Ofisdə
- Məşğulluq
- Tam ştat
- Son müraciət
- 19.11.2026
- Radio stansiyalarının sosial media hesabları üçün animasiyalı videoçarxlar, motion graphics və kreativ vizual materiallar hazırlamaq.
- Radio verilişlərinin maraqlı audio fraqmentləri əsasında hərəkətli mətnlər, dinamik tipoqrafiya və animasiyalı videolar yaratmaq.
- Reklam çarxları, kampaniyalar və xüsusi layihələr üçün yaradıcı ideyalar, vizual konsepsiyalar və animasiya həlləri hazırlamaq.
- Loqoların, mətnlərin və qrafik elementlərin 2D animasiyasını, zərurət olduqda isə 3D animasiyalarını hazırlamaq.
- Videolara vizual effektlər, keçidlər və digər post-production elementləri əlavə etmək.
- Yayım və marketinq komandaları ilə əməkdaşlıq edərək layihələrin vizual üslubunu və kreativ istiqamətini formalaşdırmaq.
- Sosial media trendlərini izləmək və aktual animasiya üslublarını layihələrdə tətbiq etmək.
- Adobe After Effects, Adobe Illustrator və digər müvafiq proqramlardan istifadə edərək keyfiyyətli vizual kontent hazırlamaq.
- Hazırlanan materialların texniki keyfiyyətinə, vizual bütövlüyünə və brend üslubuna uyğunluğuna nəzarət etmək.
Tələblər
- Motion Design sahəsində minimum 2 il iş təcrübəsi.
- Adobe After Effects və Adobe Premiere Pro proqramlarını yaxşı səviyyədə bilmək.
- Adobe Illustrator və Adobe Photoshop proqramlarında işləmək bacarığı.
- Motion Graphics, 2D animasiya və vizual effektlər üzrə biliklərə sahib olmaq.
- Komandada işləmək, vaxtı düzgün idarə etmək və tapşırıqları vaxtında təhvil vermək bacarığı.
- Əvvəlki işlərini əks etdirən portfolio təqdim etmək.
Bacarıqlar: Motion Design, Adobe After Effects, Adobe Premiere Pro, Adobe Illustrator, Adobe Photoshop, Motion Graphics, 2D animasiya, Vizual effektlər, Portfolio