Strateji planlaşdırma, biznesin inkişafı və idarəetmə qərarlarının hazırlanması istiqamətində fəaliyyət göstərəcək təcrübəli mütəxəssis axtarılır.
Əsas vəzifə öhdəlikləri:
Biznes və idarəetmə proseslərinin təhlili, inkişaf imkanlarının müəyyənləşdirilməsi;
Strateji təşəbbüslərin və inkişaf planlarının hazırlanması;
Bazar, sektor və rəqabət mühitinin araşdırılması;
İdarəetmə qərarları üçün analitik hesabatların və təqdimatların hazırlanması;
Müxtəlif struktur bölmələri ilə əməkdaşlığın və işlərin koordinasiyası;
Fəaliyyət göstəricilərinin təhlili və effektivliyin artırılması üzrə təkliflərin hazırlanması.
Tələblər
Tələblər:
Ali təhsil;
Analitik düşüncə və məlumat əsasında qərarvermə bacarığı;
Excel və PowerPoint proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərini səlis bilmək;
Güclü kommunikasiya, təqdimat və problem həll etmə bacarıqları.
İri korporativ şirkətlərdə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Bacarıqlar: Strateji planlaşdırma, Biznes təhlili, Bazar araşdırması, Rəqabət təhlili, Analitik hesabatlar, Təqdimat hazırlama, Excel, PowerPoint, Azərbaycan dili, İngilis dili, Rus dili