Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə mütəxəssis

PMD Group MMC

Şirkət
PMD Group MMC
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
30.10.2026

Daşınmaz əmlakın qiymətləndirilməsi prosesinin həyata keçirilməsi;

Qiymətləndirməyə təqdim edilən əmlak sənədlərinin təhlil olunması və əmlaklara baxışın təşkili;

Daşınmaz əmlak bazarına dair araşdırmaların aparılması və müvafiq analitik hesabatların hazırlanması;

Qiymətləndirmə hesabatlarının, təqdimat materiallarının və digər analitik sənədlərin hazırlanması;

Kənar qiymətləndirmə təşkilatları tərəfindən təqdim olunan hesabatların ekspertizasının həyata keçirilməsi;

Şöbə tərəfindən yerinə yetirilən qiymətləndirmə işlərinin dəqiqliyinin və metodoloji uyğunluğunun yoxlanılması;

Şöbə və departamentin digər fəaliyyət istiqamətlərinə dəstəyin göstərilməsi;

Qiymətləndirmə ilə bağlı daxili proses və prosedurların hazırlanması, mövcud modellərin təkmilləşdirilməsi.

Tələblər

Müvafiq ixtisas üzrə ali təhsil;

Sahə üzrə 3-4 il iş təcrübəsi;

Maliyyə modelləşdirilməsi və hesabatlılıq sahəsində bilik və təcrübə;

Əmlakın qiymətləndirilməsi sahəsində nəzəri və praktiki biliklər;

Dil bilikləri:

Kompüter bacarıqları:

Yüksək təqdimat bacarığı və komandada effektiv işləmək qabiliyyəti;

Güclü analitik düşüncə və problem həll etmə bacarığı.

Bacarıqlar: Daşınmaz əmlakın qiymətləndirilməsi, Maliyyə modelləşdirilməsi, Maliyyə hesabatlılığı, Əmlak sənədlərinin təhlili, Bazar araşdırması, Analitik hesabatların hazırlanması, Qiymətləndirmə metodologiyası, Azərbaycan dili, İngilis dili, Excel, Python