İşçilərin əməkhaqqı, əlavə ödənişləri və mükafatların hesablanması;
Əmək müqavilələri, vəzifə maaşları, iş qrafiki və digər müvafiq məlumatlar əsasında əməkhaqqı hesablamalarının aparılması;
İş vaxtının uçotu, tabel məlumatları və məzuniyyət günlərinin yoxlanılması;
Məzuniyyət, ezamiyyət, xəstəlik, işdən çıxma və digər ödənişlərin hesablanması;
Əməkhaqqıdan tutulmalı vergilər, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanması və uçota alınması;
Əməkhaqqı üzrə mühasibat yazılışların aparılması;
İşçilər üzrə əməkhaqqı hesablaşmalarının və müvafig arayışların hazırlanması;
Əməkhaqqının bank vasitəsilə ödənilməsi üçün ödəniş sənədlərinin hazırlanması;
İşçilərin əməkhaqqı məlumatlarının mühasibat proqramına daxil edilməsi və məlumatların düzgünlüyünün yoxlanılması;
Əməkhaqqı üzrə vergi və sosial hesabatların hazırlamasında iştirak edilməsi və tələb olunan məlumatların təqdim edilməsi;
İşə qəbul, vəzifə dəyişikliyi, əmək haqqının dəyişdirilməsi və işdən azad edilmə ilə bağlı müvafiq hesablamaların aparılması;
Məhkəmə qərarları əsasında əməkhaqqıdan tutulmalı borcların hesablanması, tutulması və ödənişin təmin edilməsi;
Audit və yoxlamalar zamanı əməkhaqqı üzrə tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi;
Əmək qanunvericiliyi və vergi qaydalarında əmək haqqı ilə bağlı dəyişikliklərin izlənilməsi və hesablamalarda tətbiq edilməsi;
Vahid bəyannamənin hazırlanması və təqdim edilməsində iştirak edilməsi;
Payrol məlumatlarının düzgünlüyünün mütəmadi yoxlanılması və yaranan uyğunsuzluqların aradan qaldırılması;
Əməkhaqqı üzrə digər hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Payroll, əmək haqqı hesablamaları və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
Əmək haqqı hesablamaları və payroll proseslərinin idarə olunması üzrə praktiki təcrübə;
Əmək qanunvericiliyi, vergi hesablamaları, DSMF/sosial sığorta üzrə dərin biliklər;
MS Office, xüsusilə Excel proqramından yaxşı istifadə bacarığı;
Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
Böyük həcmdə məlumatlarla işləmək və məlumatların düzgünlüyünü yoxlamaq bacarığı;
Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
Azərbaycan dilini ana dili səviyyəsində bilmək, ingilis və rus dillərini bilmək üstünlükdür.
Bacarıqlar: Əməkhaqqı hesablamaları, Payroll, Mühasibat uçotu, Əmək qanunvericiliyi, Vergi hesablamaları, Sosial sığorta, Excel, Məlumat təhlili, Hesabatların hazırlanması, Azərbaycan dili, İngilis dili, Rus dili