Tender sənədlərini təhlil etmək, tələbləri və riskləri müəyyənləşdirmək.
Texniki və kommersiya təkliflərini, tələb olunan sənədlər paketini hazırlamaq.
Qiymət, məhsul xüsusiyyətləri, istehsal və çatdırılma müddətlərini aidiyyəti bölmələrlə razılaşdırmaq.
Təklifləri tender portallarında və digər müəyyən edilmiş kanallarla vaxtında təqdim etmək.
Tenderlərin statusunu izləmək, dəqiqləşdirmə sorğularını cavablandırmaq və nəticələr üzrə hesabat hazırlamaq.
Tender reyestrini və sənədlər bazasını aktual saxlamaq.
Tələblər
İqtisadiyyat, biznes, hüquq və ya texniki ixtisas üzrə ali təhsil.
Tender təkliflərinin hazırlanması üzrə azı 2 il iş təcrübəsi.
Excel və tender portalları ilə işləmək bacarığı.
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; rus və ingilis dillərini bilmək üstünlükdür.
Diqqətlilik, analitik düşüncə, təşkilatçılıq və müddətlərə riayət etmək bacarığı.
İstehsal və ya tekstil sektorunda iş təcrübəsi üstünlükdür.
Texniki və kommersiya təkliflərinin, eləcə də tələb olunan sənədlər paketinin hazırlanması bacarığı.
Tender sənədlərinin təhlili, tələblərin və potensial risklərin müəyyən edilməsi bacarığı.
Bacarıqlar: Tender təkliflərinin hazırlanması, Tender sənədlərinin təhlili, Texniki təkliflərin hazırlanması, Kommersiya təkliflərinin hazırlanması, Tender portalları, Excel, Tender hesabatları, Azərbaycan dili, Rus dili, İngilis dili