Hüquqşünas

Qala Həyat Sığorta Şirkəti

Şirkət
Qala Həyat Sığorta Şirkəti
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
12.11.2026

Əsas vəzifə öhdəlikləri:

1 Hüquqi məsələlərlə bağlı şirkətin adından məktubları hazırlamaq, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək;

2 Dövlət orqanlarından və vətəndaşlar tərəfindən daxil olan rəsmi müraciətlərə qanunla müəyyən olunmuş qaydada cavab hazırlamaq;

3 Hüquqi məsələlərin həllində, normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında iştirak etmək;

4 Şirkət fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;

5 Müqavilələrin hüquqi ekspertizasını keçirmək;

6 Şirkətin daxili sənədlərinin hüquqi ekspertizasını keçirmək;

7 İddiaçı, cavabdeh və digər şəxs qismində Cəmiyyəti məhkəmələrdə təmsil etmək;

8 Sığorta hadisəsini araşdırmaq üçün müəyyən olunmuş qaydada sənədləri toplamaq və araşdırma aparmaq; Sığorta aktını tərtib etmək və sığorta ödənişinin həyata keçirilməsini təmin etmək; sığorta ödənişdən imtina məktubunu hazırlamaq.

Tələblər

Namizədə olan tələblər:

Təhsil: Ali. (Hüquqşünaslıq üzrə)

Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);

Səlis danışıq qabiliyyəti;

Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;

İş təcrübəsi: müvafiq vəzifə üzrə minimum 4 il təcrübə (maliyyə sektorunda hüquq, aktuari, risk və komplayens sahəsi üzrə).

Bilməlidir:

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu; Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanun; Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sahə ilə əlaqəli qərarları; Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydalarını və sığorta sahəsinə dair digər qanunvericilik aktlarını.

Bacarıqlar: Azərbaycan dili, Rus dili, İngilis dili, Hüquqşünaslıq, Müqavilə ekspertizası, Məhkəmə təmsilçiliyi, Sığorta hüququ, Sığorta hadisələri, İddia işi, Normativ aktlar, Mülki Məcəllə, Komplayens