Texnika və avadanlıqların sığorta və qeydiyyatı üzrə koordinator (Sabirabad)

Prime Cotton

Şirkət
Prime Cotton
Şəhər
Azərbaycan
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
08.11.2026

Müəssisənin balansında olan nəqliyyat vasitələrinin texniki baxış prosesini koordinasiya etmək;

Texniki baxış və sığorta sənədlərinin hazırlanması və vaxtında yenilənməsinə nəzarət etmək;

Nəqliyyat vasitələrinin icbari və könüllü sığortalanmasını təşkil etmək;

Sığorta müqavilələrinin müddətlərini izləmək və sığorta hadisələri üzrə koordinasiyanı həyata keçirmək;

Nəqliyyat vasitələrinin qeydiyyatı və sənədləşmə proseslərini həyata keçirmək;

Dövlət qurumları və sığorta şirkətləri ilə əlaqələndirməni təmin etmək;

Texniki baxış və sığorta vəziyyəti üzrə hesabatlar hazırlamaq.

Tələblər

Ali və ya orta ixtisas təhsili;

Nəqliyyat, mexanizasiya, avtomobil və ya əlaqəli sahədə ən azı 2 il iş təcrübəsi;

Nəqliyyat vasitələrinin texniki baxışı, sığortası və sənədləşməsi üzrə bilik;

MS Office, xüsusilə Excel və Word proqramlarını yaxşı bilmək;

Diqqətli, məsuliyyətli və təşkilatçılıq qabiliyyətinə malik olmaq;

Problem həll etmə və operativ qərarvermə bacarığı;

Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.

Bacarıqlar: Nəqliyyat vasitələrinin texniki baxışı, Sığorta, Sənədləşmə, Excel, Word