Mühasibat hesabının mal-material üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək, Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak etmək
Tələblər
Böyük təşkilatlarda problemləri çarpaz funksionallıqla idarəetmə və həll etmə bacarıqları
Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan sənədlərin, mühasibat hesabatlarının tərtibi qaydasını bilmək, hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili
Bacarıqlar: Mühasibat uçotu, Mal-material mühasibliyi, 1C, ACCA, AR mülki hüququ, Əmək qanunvericiliyi, Maliyyə qanunvericiliyi, Təsərrüfat qanunvericiliyi, Mühasibat hesabatları, Sənəd dövriyyəsi, İnventarizasiya