Milli Kibertəhlükəsizlik Agentliyi
Fərdi məlumatların işlənməsi və mühafizəsi prosesləri üzrə audit və monitorinqlərin həyata keçirilməsi;
Fərdi məlumatlar haqqında qanunvericiliyin tələblərinə uyğunluğun qiymətləndirilməsi, uyğunsuzluq və risklərin müəyyən edilməsi;
Audit və monitorinqlər zamanı aşkar edilmiş faktların sənədləşdirilməsi və sistemləşdirilməsi;
Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədilə görülən tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi;
Audit və monitorinq fəaliyyətlərinin aparılması üçün daxili prosedur və metodologiyaların formalaşdırılmasında və təkmilləşdirilməsində iştirak;
Audit zamanı toplanmış sübutların obyektivliyinin və tamlığının təmin edilməsi;
Audit və monitorinq fəaliyyətləri üzrə prioritetlərin müəyyən edilməsində iştirak.
Tələblər
İnformasiya texnologiyaları, informatika, kompüter elmləri, informasiya təhlükəsizliyi, tətbiqi riyaziyyat, data analitika ixtisasları üzrə ali təhsil;
Beynəlxalq sertifikatlara malik namizədlərə üstünlük verilir (ISO/IEC 27701 və ya oxşar sahələr üzrə beynəlxalq standartlar üzrə təlim və ya sertifikatlar);
Verilənlər bazası və PL/SQL üzrə işləmək bacarığı;
Microsoft Office proqramlarında işləmək bacarığı;
Səlist və aydın danışıq\yazı qabiliyyətinin olması.
İş vaxtı: 09:00 - 18:00 (həftənin 5 günü)
Bacarıqlar: Fərdi məlumatların mühafizəsi, İT auditi, Audit monitorinqi, Risk qiymətləndirməsi, Audit sənədləşdirilməsi, Daxili prosedurlar, Audit sübutları, ISO/IEC 27701, Verilənlər bazası, PL/SQL, Microsoft Office