JYSK Azerbaijan komandasına HR Business Partner (HRBP) axtarır!
Biz HR sahəsində təcrübəli, strateji düşüncəyə malik və biznesin inkişafına töhfə verməyə hazır peşəkar axtarırıq.
Əsas vəzifələr:
HR strategiyasının həyata keçirilməsi və rəhbərlərə HR məsələləri üzrə dəstək göstərilməsi.
İşə qəbul və yeni əməkdaşların adaptasiya proseslərinin idarə edilməsi.
Əməkdaşların təlim və inkişaf proqramlarının təşkili, kadr ehtiyatının formalaşdırılması.
HR göstəricilərinin təhlili, kadr axınının azaldılması və əməkdaşların şirkətdə saxlanılması üzrə tədbirlərin görülməsi.
HR komandasının idarə edilməsi və HR layihələrinin həyata keçirilməsi.
Əmək qanunvericiliyinə və şirkətin daxili siyasətlərinə riayət olunmasının təmin edilməsi.
Namizədə tələblər:
HR, menecment, psixologiya və ya əlaqəli sahələr üzrə ali təhsil.
HR sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə.
Komandanın idarə edilməsi, HR analitikası və əməkdaşların inkişafı üzrə bacarıqlar.
Azərbaycan və rus dillərini sərbəst bilmək.
İngilis dili biliyi üstünlükdür.
Biz nə təklif edirik:
Beynəlxalq şirkətdə işləmək imkanı.
Peşəkar inkişaf və karyera yüksəlişi.
Biznesin inkişafına təsir göstərmək və beynəlxalq HR layihələrində iştirak etmək imkanı.
Əmək haqqı: 2000 AZN
Bacarıqlar: HR strategiyası, İşə qəbul, Onboarding, Təlim və inkişaf, HR analitikası, Kadr ehtiyatı, Əmək qanunvericiliyi, Komanda idarəetməsi, Azərbaycan dili, Rus dili, İngilis dili