Debitor borcları və kommersiya gəlirləri üzrə mühasib
Veysəloğlu-Rossmann
- Şirkət
- Veysəloğlu-Rossmann
- Şəhər
- Bakı
- İş rejimi
- Ofisdə
- Məşğulluq
- Tam ştat
- Son müraciət
- 22.11.2026
Vəzifə öhdəlikləri:
- Debitor borclarının yaranması, hərəkəti və bağlanması üzrə uçot proseslərini həyata keçirmək
- Debitor və kreditor hesablaşmaları üzrə məlumatların hazırlanması, yoxlanılması və təhlilini həyata keçirmək
- Debitor və kreditorlarla üzləşmələrin (üzləşmə aktlarının) hazırlanması, göndərilməsi və nəticələrinin izlənilməsini təmin etmək
- Qarşı tərəflərlə hesablaşmalar üzrə yaranmış uyğunsuzluqları araşdırmaq və aradan qaldırılması üçün müvafiq tədbirlər görmək
- Mühasibat sənədlərinin (hesab-faktura, akt, müqavilə və digər ilkin sənədlərin) düzgünlüyünü yoxlamaq və sistemdə işlənməsini təmin etmək
- Aylıq bağlanış proseslərində iştirak etmək və tələb olunan məlumatları hazırlamaq
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, mühasibatlılıq)
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi
- Yaxşı səviyyədə MS Excel biliyi olmalı
- Analitik düşüncə, Komandada işləmək bacarığı
- Maliyyə və Mühasibatlıq sahəsi üzrə sertifikatların (ACCA) olması mütləqdir
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Bacarıqlar: Debitor borcları, Kreditor hesablaşmaları, Üzləşmə aktları, Mühasibat sənədləri, Hesab-faktura, Aylıq bağlanış, Mühasibat uçotu, Excel, ACCA