Direktorun gündəlik iş qrafikinin (görüşlər, zənglər, qəbullar) planlaşdırılması və yüksək səviyyədə idarə edilməsi
Şirkətdaxili sənəd dövriyyəsinin, hesabatların və tərcümə tələb edən rəsmi sənədlərin (müqavilələr, invoyslar, spesifikasiyalar) hazırlanması
Beynəlxalq və yerli rəsmi görüşlərin, iclasların təşkili və protokollaşdırılması
Hüquqi, kommersiya və gömrük/logistika sənədlərinin arxivləşdirilməsi və nəzarətdə saxlanılması
Namizədə dair Tələblər:
Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərində mükəmməl yazı, oxu və şifahi danışıq bacarığı
İş təcrübəsi: İstehsalat, ticarət və ya logistika sahəsində fəaliyyət göstərən şirketlərdə müvafiq vəzifə (Asistent, Köməkçi və ya Ofis meneceri) üzrə minimum 1-2 il iş təcrübəsi
Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, Dilçilik, Beynəlxalq münasibətlər və ya müvafiq sahələr üzrə)
Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları ilə yüksək səviyyədə işləmək bacarığı
Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət və analitik düşünmə bacarığı, operativlik, detallara diqqətlilik, çoxşaxəli tapşırıqları idarəetmə (multitasking) və konfidensiallığın qorunması prinsiplərinə sadiqlik
Biz Nə Təklif Edirik?
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun tam rəsmiləşdirilmə
Peşəkar korporativ mühit və dinamik istehsalat/satış komandası
Karyera yüksəlişi və şəxsi inkişaf imkanları
Bacarıqlar: Azərbaycan dili, Rus dili, İngilis dili, Sənəd dövriyyəsi, Hesabat hazırlanması, Tərcümə, Protokollaşdırma, Arxivləşdirmə, MS Word, Excel, Outlook