SAT Group 12 ildir insan kapitalının inkişafı, korporativ təlim, konsaltinq və müasir HR həlləri sahəsində fəaliyyət göstərir və 1,700+ şirkətlə əməkdaşlıq edib. Hazırda komandaya həm HR və qiymətləndirmə platformasının satışını, həm də Dövlət Məşğulluq Agentliyi ilə həyata keçirilən gənclərin inkişafı və işlə təminatı layihəsini idarə edəcək mütəxəssis axtarılır.
Əsas vəzifələr (İnsan kapitalının qiymətləndirilməsi və biznes inkişafı):
Müasir HR və assessment alətlərini, o cümlədən Nartio platformasını öyrənmək
Müştərilərə uyğun həllərin təqdimatını və demolarını keçirmək
Mövcud müştərilərlə əlaqələri və təkrar satış imkanlarını inkişaf etdirmək
Satış komandası ilə birlikdə yeni müştərilərin cəlb edilməsi və satış prosesinin idarə olunmasında iştirak etmək
Dövlət Məşğulluq Agentliyi layihəsi:
İşsiz gənclərin cəlb olunması və seçimini idarə etmək
Namizədlərlə müsahibələr keçirmək
DMA ilə sənədləşmə və koordinasiyanı həyata keçirmək
Təlim qruplarının formalaşdırılmasını və təlim prosesini təşkil etmək
The ATS/CRM platform making hiring easier in Azerbaijan.
For candidatesJobsCompaniesRemoteMy Portal
For employersPost a job
LegalTerms of UsePrivacy Policy
ConnectJoin Telegram
Hiring powered by JobPark
Məzunların işlə təmin olunması prosesini izləmək
Layihənin əsas nəticələrini və göstəricilərini idarə etmək
Səriştələr:
Kommunikasiya və təqdimat
Nəticəyönümlülük
Analitik düşüncə
Öyrənmə çevikliyi
Prioritetləşdirmə və vaxtın idarə edilməsi
Təsir göstərmə və inandırma
Komanda işi
Tələblər:
25–35 yaş aralığı
Ali təhsil
HR, Recruitment, Talent Management, L&D, B2B satış və ya biznes inkişafı sahələrindən birində minimum 2 il təcrübə
Güclü kommunikasiya və insanlarla işləmək bacarığı
Nəticəyönümlü və təşəbbüskar yanaşma
Bir neçə prosesi paralel idarə edə bilmək
CRM və MS Office / Google Workspace bilikləri
Azərbaycan dilində səlis danışıq və yazı
İngilis dili biliyi üstünlükdür
Təklif olunanlar:
1,000 AZN sabit əmək haqqı + bonuslar
Satış və biznes inkişafı üzrə praktiki təcrübə
İdarəetmə və biznes yönümlü təlimlərdə iştirak
Müasir HR və assessment alətləri ilə işləmək
1,700+ şirkətlə işləmək təcrübəsi
Peşəkar və karyera inkişafı imkanları
İş şəraiti:
İş qrafiki: 09:00–18:00
İş formatı: Tam iş günü
İş yeri: Bakı
Bacarıqlar: HR, Assessment, B2B satış, Biznes inkişafı, Recruitment, Talent Management, L&D, CRM, MS Office, Google Workspace, Azərbaycan dili, İngilis dili