PRO COUNT LLC komandamıza peşəkar, məsuliyyətli və müvafiq sahədə təcrübəsi olan Aparıcı mühasib axtarırıq!
İş rejimi: 5 günlük iş həftəsi, 10:00–18:00
Əsas tələblər:
Maliyyə və mühasibat uçotu üzrə ali təhsil
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
Excel biliyi
Yük gömrük bəyannamələri ilə işləmək bacarığı
AQTA ilə iş təcrübəsi
Vergi, maliyyə və mühasibat uçotu üzrə biliklər
PMS sertifikatının olması zəruridir
1C biliyi üstünlükdür
Vəzifə öhdəlikləri:
Debitor və kreditor borclarının uçotunun aparılması və nəzarətdə saxlanılması.
Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya məbləğlərinin hesablanması.
İdxal əməliyyatlarının uçotunun aparılması və malların maya dəyərinin hesablanması.
Elektron qaimə-fakturalar üzrə daxil olan və göndərilən sənədlərin yoxlanılması və nəzarətdə saxlanılması.
Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi.
Müqavilələrin, təhvil-təslim aktlarının və qiymət razılaşdırma protokollarının hazırlanması.
Mal-material ehtiyatlarının uçotunun aparılması və hərəkətinə nəzarət edilməsi.
Aylıq, rüblük və illik vergi hesabatlarının hazırlanması və təqdim edilməsi.
Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi.
Gündəlik onlayn kargüzarlıq işlərinin izlənilməsi, daxil olan məktubların cavablandırılması və müvafiq yazışmaların aparılması.
Maliyyə hesabatlarının hazırlanması.
Əmək haqqının hesablanması və müvafiq tutulmaların aparılması.
Yerli və xarici ödənişlərin icra edilməsi.
Bacarıqlar: Mühasibat uçotu, Vergi uçotu, Maliyyə uçotu, Excel, Gömrük bəyannamələri, AQTA, PMS sertifikatı, 1C, Debitor uçotu, Kreditor uçotu, Əmək haqqı hesablanması, Maliyyə hesabatları