Mühasibat və vergi xidmətləri göstərən komandamıza Mühasib axtarırıq.
Vəzifə baş mühasibin rəhbərliyi altında istehsal müəssisələrinin gündəlik mühasibat uçotunun aparılmasını və uçot sisteminin qurulmasında iştirakı əhatə edir.
Əsas vəzifələr:
İlkin mühasibat sənədlərinin yoxlanılması və əməliyyatların uçot proqramına daxil edilməsi
Bank və kassa əməliyyatlarının uçotunun aparılması
Alış-satış əməliyyatlarının işlənməsi, elektron qaimələrin hazırlanması və yoxlanılması
Debitor və kreditor borclarının uçotu, qarşı tərəflərlə üzləşmələrin aparılması
Xammal, material və hazır məhsulların giriş-çıxış əməliyyatlarının uçotu
İstehsal xərclərinin uçotunda və maya dəyəri hesablamaları üçün məlumatların hazırlanmasında iştirak
Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanması
Baş mühasibin nəzarəti altında vergi, statistika və digər məcburi hesabatların hazırlanması
Ayın bağlanması üçün hesablar üzrə üzləşmələrin aparılması və məlumatların hazırlanması
İlkin qalıqların müəyyənləşdirilməsi, əvvəlki dövrlərin uçotunun bərpası və ERP sisteminin tətbiqi işlərində iştirak
Mühasib köməkçisi və müəssisələrin əməkdaşları ilə sənəd dövriyyəsinin koordinasiyası
The ATS/CRM platform making hiring easier in Azerbaijan.
For candidatesJobsCompaniesRemoteMy Portal
For employersPost a job
LegalTerms of UsePrivacy Policy
ConnectJoin Telegram
Hiring powered by JobPark
Namizədə tələblər:
Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali və ya orta ixtisas təhsili
Mühasib kimi ən azı 2 il iş təcrübəsi
Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə praktiki biliklər
1C və ya digər mühasibat proqramlarında işləmək bacarığı
Excel-dən sərbəst istifadə etmək
Elektron vergi portalı və internet bankçılıq sistemlərində işləmək bacarığı
Sənədlərlə diqqətli işləmək, tapşırıqları vaxtında yerinə yetirmək və komandada çalışmaq bacarığı
İstehsalat və anbar uçotu üzrə təcrübə üstünlükdür
İş şəraiti:
Aylıq əməkhaqqı: razılaşma yolu ilə
Tam iş günü
Baş mühasibin rəhbərliyi altında, mühasib köməkçisi ilə birlikdə iş
İş yeri: Bakı şəhəri, 8 noyabr prospekti, Azure Business Center
İş qrafiki: həftənin 5 günü, saat 09:00 - 17:30
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Mühasib" qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Bacarıqlar: Mühasibat uçotu, Vergi qanunvericiliyi, 1C, Excel, Elektron vergi portalı, İnternet bankçılıq, Bank əməliyyatları, Kassa əməliyyatları, Elektron qaimələr, Əməkhaqqı hesablanması, İstehsalat uçotu, Anbar uçotu