Şirkətimiz avtomatika və yanğın siqnalizasiya sistemləri sahəsində çalışacaq, müvafiq bilik və praktiki təcrübəyə malik mühəndisləri komandamıza dəvət edir - Avtomatika üzrə mühəndis
Namizədə olan tələblər:
Sənaye avtomatikası, SCADA, telemexanika və ya idarəetmə sistemləri sahəsində minimum 3 il iş təcrübəsi
SCADA/HMI layihələrinin hazırlanması, tətbiqi və istismara verilməsində praktiki iştirak təcrübəsi
PLC proqramlaşdırılması üzrə güclü nəzəri və praktiki biliklər
Elektrik və avtomatika çertyojlarını — prinsipial, qoşulma və montaj sxemlərini, eləcə də spesifikasiyaları oxumaq və təhlil etmək bacarığı (AutoCAD, EPLAN)
Nasoslar, siyirtmələr, ventilyasiya, eskalatorlar, işıqlandırma (DALI) və enerji təchizatı (EAQ) kimi mühəndis sistemlərinin avtomatlaşdırılması üzrə biliklər
Sınaqların aparılması və istismara vermə (commissioning) prosesində praktiki təcrübə
Texniki tapşırıq, funksional təsvir və istismar təlimatı daxil olmaqla texniki sənədləri hazırlamaq bacarığı
Sifarişçi və podratçı tərəflərlə texniki məsələlər üzrə effektiv əməkdaşlıq və koordinasiya bacarığı
Vəzifə öhdəlikləri:
Avtomatika sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki dəstəyinin həyata keçirilməsi
Qurğuların və avadanlıqların diaqnostikasının aparılması, nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması
Texniki sənədlərin hazırlanması, yenilənməsi və idarə olunması
Layihələr çərçivəsində texniki məsələlərin əlaqələndirilməsi və müştəri ilə əməkdaşlığın təmin edilməsi
Sistemlərin sınaqdan keçirilməsi, sazlanması və istismara verilməsi prosesində iştirak
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bacarıqlar: Sənaye avtomatikası, SCADA, HMI, Telemexanika, İdarəetmə sistemləri, PLC proqramlaşdırma, AutoCAD, EPLAN, DALI, Yanğın siqnalizasiyası, Commissioning, Texniki sənədləşmə