Şirkətin baş ofisi, mağazaları və filialları üzrə sistem və şəbəkə infrastrukturunun fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək, texniki riskləri vaxtında aşkar etmək və İT xidmətlərinin daxili qaydalara uyğun şəkildə göstərilməsinə nəzarət etmək.
Vəzifə öhdəlikləri:
Sistem və server infrastrukturunun idarə edilməsi:
Korporativ şəbəkə və server infrastrukturunun sabit işini təşkil edir və idarə edir.
Server və şəbəkə avadanlıqlarının monitorinqini aparır, dövri baxışını və yenilənməsini təmin edir.
Performansın artırılması üçün şəbəkə və sistemləri monitorinq edir, zəruri dəyişiklikləri müəyyənləşdirir və rəhbərinə təklif edir.
Şəbəkə bağlantıları, internet və IP telefoniya:
Mağaza, ofis və serverlərdə internet kanalının sabit işini təşkil edir və idarə edir.
Baş ofis və filiallar arasında şəbəkə bağlantılarının işlək vəziyyətdə olmasını təmin edir.
IP telefon sisteminin idarə olunmasını həyata keçirir.
The ATS/CRM platform making hiring easier in Azerbaijan.
For candidatesJobsCompaniesRemoteMy Portal
For employersPost a job
LegalTerms of UsePrivacy Policy
ConnectJoin Telegram
Hiring powered by JobPark
Şəbəkə servisləri üzrə problemləri araşdırır, nasazlıqların aradan qaldırılması üçün texniki tədbirlər görür.
E-poçt, ehtiyat nüsxə və informasiya təhlükəsizliyi:
Korporativ elektron poçt sisteminin sabit işini təşkil edir və idarə edir.
Ehtiyat nüsxələrinin çıxarılmasını və ehtiyac yarandıqda bərpa olunmasını təmin edir.
Korporativ antivirus, antispam və digər təhlükəsizlik sistemlərinin monitorinqini və idarə olunmasını həyata keçirir.
Korporativ şəbəkənin, serverlərin və son istifadəçi mühitinin kiberhücumlara qarşı dayanıqlılığının təmin olunmasına dəstək göstərir.
Aşkar olunan informasiya təhlükəsizliyi riskləri, texniki zəifliklər və insident ehtimalları barədə IT Meneceri vaxtında məlumatlandırır.
Lisenziyalar, sertifikatlar və texniki xidmətlərin izlənilməsi:
Lisenziya, sertifikat və digər ödənişli proqram təminatları və xidmətlərin mövcudluğunu və yenilənmə müddətlərini izləyir.
Zərurət yarandıqda texniki dəstək personalına köməklik göstərir.
SLA, texniki sorğular və hesabatlılıq:
Sorğuların SLA tələblərinə uyğun icrasına nəzarət edir, gecikmə və problem yarandıqda operativ tədbir görür.
Texniki problemlər, risklər və açıq məsələlər barədə rəhbərliyi vaxtında məlumatlandırır və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər hazırlayır.
IT Menecer tərəfindən verilən tapşırıqları icra edir, zəruri hesabatları hazırlayaraq təqdim edir.
Görülmüş işlər və açıq texniki məsələlər üzrə məlumatların qeydiyyatını və izlənməsini təmin edir.
Daxili qaydalara uyğunluq:
Şirkətin İT siyasət, prosedur və qaydalarına uyğun xidmət göstərir.
İnfrastruktur dəyişikliklərini təsdiq proseslərinə uyğun icra edir.
Məsuliyyət sahəsi:
Sistem və şəbəkə inzibatçılığı
Server və şəbəkə avadanlıqlarının monitorinqi və idarə olunması
Korporativ e-poçt, backup və bərpa prosesləri
İnformasiya təhlükəsizliyi
IP telefoniya və filial şəbəkə bağlantılarının texniki dəstəyi
SLA və xidmət keyfiyyətinə nəzarət
Tələblər:
Professional biliklər:
Server əməliyyat sistemləri, domen xidmətləri və korporativ server servisləri üzrə praktiki biliklər.
Virtualizasiya və storage infrastrukturu üzrə praktiki biliklər.
Şəbəkə servisləri, routing/switching, VPN, VLAN və LAN/WAN infrastrukturu üzrə praktiki biliklər.
Router, firewall, switch və wireless şəbəkə avadanlıqlarının konfiqurasiyası və idarə olunması üzrə praktiki təcrübə.
Backup və recovery sistemləri üzrə praktiki bilik və iş təcrübəsi.
Korporativ antivirus, antispam və informasiya təhlükəsizliyi monitorinqi üzrə baza praktiki biliklər.
IP telefoniya və IP-PBX sistemləri ilə iş təcrübəsi arzuolunandır.
SLA, monitorinq, insident qeydiyyatı, ticketing sistemi və/və ya texniki xidmət idarəetməsi üzrə təcrübə arzuolunandır.
MCSA, MCSE, CCNA, CCNP, VCP, CompTIA+ və ya oxşar sistem/şəbəkə üzrə peşəkar sertifikatlar arzuolunandır.
İngilis dili biliyi: A2 və ya daha yüksək səviyyədə arzuolunandır.
Təhsil:
İT, kompüter elmləri, şəbəkə, kibertəhlükəsizlik, telekommunikasiya və ya əlaqəli texniki sahə üzrə ali təhsil.
İş təcrübəsi:
Sistem, şəbəkə və ya IT infrastrukturunun inzibatçılığı üzrə ən az 3 il iş təcrübəsi.
Professional bacarıq və kompetensiyalar:
Analitik və alqoritmik düşüncə
Məsuliyyət
Ünsiyyət bacarıqları
Zamanın idarə olunması
Operativ qərarvermə və problem həll etmə bacarığı
Prioritetləşdirmə və kritik texniki məsələləri düzgün eskalasiya etmə bacarığı
Məxfilik və informasiya təhlükəsizliyi prinsiplərinə riayət etmə
Bacarıqlar: Server əməliyyat sistemləri, Domen xidmətləri, Virtualizasiya, Storage, Routing/Switching, VPN, VLAN, LAN/WAN, Firewall, Backup və Recovery, İnformasiya təhlükəsizliyi, IP telefoniya