Müəssisənin bütün maliyyə və təsərrüfat əməliyyatlarını, o cümlədən mal və xidmətlərin alışı və satışını 1C proqram təminatına əlavə etmək
Bütün əməliyyatları uçot sistemində düzgün əks etdirmək və mühasibat hesabatlarının hazırlanması üçün əsas məlumat bazasını yaratmaq
Müəssisə tərəfindən həyata keçirilən alış və satış əməliyyatları üzrə elektron qaimə-fakturaları Dövlət Vergi Xidmətinin elektron portalında hazırlamaq və göndərmək
E-qaimə əməliyyatlarının 1C proqramında düzgün uçota alınmasını təmin etmək
Hesab-fakturaların sistemə düzgün daxil edilməsinə nəzarət etmək, uyğunsuzluqlar yarandıqda onları aradan qaldırmaq
Yerli və xarici ödənişləri icra etmək
Vergi kargüzarlıq sistemini mütəmadi yoxlamaq, daxil olan məktubları izləmək
Namizədə dair tələblər:
Təhsil: Ali təhsil
Dil biliyi: İngilis dili biliyi
Təhsil: Maliyyə, mühasibat və iqtisadiyyat üzrə ali təhsil
Mühasibat uçotu, Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər
Exceldə mürəkkəb funksiyalarla işləmə bacarığı
1C proqramlarında sərbəst işləmək bacarığı
E-qaimə-faktura sistemi, E-taxes portalı, E-Tender, statistika portalları ilə işləmə bacarığı
Müraciət qaydası:
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə, pdf şəklində göndərə bilər
Bacarıqlar: 1C, Mühasibat uçotu, Vergi Məcəlləsi, Excel, E-qaimə-faktura, E-taxes portalı, E-Tender, Statistika portalları, İngilis dili