Premium avtomobil sektorunda fəaliyyət göstərən şirkət komandamıza Satış üzrə məsləhətçi vəzifəsinə xanım namizəd axtarır.
Bu vəzifədə satış yalnız avtomobilin təqdim edilməsi və satış prosesinin tamamlanması değil. Əsas məqsəd müştəriyə ilk müraciətdən avtomobilin təhvil verilməsinə və satışdan sonrakı ünsiyyətə qədər yüksək səviyyəli, fərdi və premium xidmət təcrübəsi təqdim etməkdir.
Əsas vəzifələr:
Müştəriləri peşəkar şəkildə qarşılamaq, onların ehtiyac və gözləntilərini müəyyən etmək
Avtomobillər, komplektasiyalar, texnologiyalar və üstünlüklər haqqında ətraflı və düzgün məlumat təqdim etmək
Müştərinin ehtiyaclarına uyğun avtomobil seçimi üzrə fərdi məsləhətlər vermək
Avtomobillərin təqdimatını və test sürüşlərini yüksək xidmət standartlarına uyğun həyata keçirmək
Müştərini ilk müraciətdən satışın tamamlanmasına və avtomobilin təhvil verilməsinə qədər bütün proses boyunca müşayiət etmək
Potensial müştərilərlə mütəmadi əlaqə saxlamaq və məlumatları satış bazasında düzgün idarə etmək
Mövcud müştərilərlə uzunmüddətli münasibətlər qurmaq, müştəri loyallığını və təkrar satış imkanlarını inkişaf etdirmək
Aylıq və illik satış hədəflərinin (KPİ) yerinə yetirilməsini təmin etmək
The ATS/CRM platform making hiring easier in Azerbaijan.
For candidatesJobsCompaniesRemoteMy Portal
For employersPost a job
LegalTerms of UsePrivacy Policy
ConnectJoin Telegram
Hiring powered by JobPark
Əlavə məhsul və xidmətləri müştərilərə təqdim etmək
Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək
Məhsullar, avtomobil texnologiyaları, bazar tendensiyaları və rəqiblər haqqında bilikləri daim yeniləmək
Şirkət tərəfindən keçirilən məhsul, satış və müştəri xidməti təlimlərində aktiv iştirak etmək
Beynəlxalq standartlara, müəyyən edilmiş satış proseslərinə, müştəri xidməti tələblərinə və brend qaydalarına (guidelines) gündəlik fəaliyyətdə tam riayət etmək
Regional ofisi tərəfindən mütəmadi keçirilən audit və qiymətləndirmələr üzrə müəyyən edilmiş bütün standart və meyarların davamlı şəkildə yerinə yetirilməsini təmin etmək
Namizədə tələblər:
Ali təhsil
Yaş: 25-40
Satış və ya müştəri xidməti sahəsində minimum 2 il iş təcrübəsi
Avtomobil, premium/lüks məhsul və ya xidmətlərin satışı üzrə təcrübə üstünlükdür
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
Rus və ingilis dillərini bilmək üstünlükdür
Güclü ünsiyyət, təqdimat və danışıq aparmaq bacarığı
Müştərinin ehtiyaclarını düzgün müəyyən etmək və fərdi yanaşma nümayiş etdirmək bacarığı
Yüksək xidmət mədəniyyəti və müştəriyönümlülük
Satış hədəflərinə və nəticəyə yönümlülük
Beynəlxalq xidmət standartlarına və müəyyən edilmiş prosedurlara dəqiq riayət etmək bacarığı
Detallara yüksək diqqət, məsuliyyət və təşkilatçılıq
Peşəkar görünüş və yüksək ünsiyyət mədəniyyəti
Təşəbbüskarlıq və komandada işləmək bacarığı
MS Office programları ilə işləmək bacarığı
B kateqoriyalı sürücülük vəsiqəsi
Biz nə təklif edirik?
Premium avtomobil sektorunda beynəlxalq standartlara uyğun peşəkar iş mühiti
Stabil əmək haqqı və satış nəticələrinə əsaslanan bonus sistemi
Beynəlxalq standartlara uyğun məhsul, satış və müştəri xidməti təlimləri
Peşəkar inkişaf və karyera imkanları
Dinamik və peşəkar komandanın bir hissəsi olmaq imkanı
Əmək haqqı 1000 AZN və satışdan bonus
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə məsləhətçi” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Bacarıqlar: Satış, Müştəri xidməti, CRM, Avtomobil satışı, Azərbaycan dili, Rus dili, İngilis dili, MS Office, B kateqoriyalı sürücülük vəsiqəsi, Təqdimat, Danışıqlar, Satış hədəfləri