Bazar və Trend Təhlili: Bazarın cari vəziyyətini, inkişaf tendensiyalarını və ödəniş sistemlərindəki yenilikləri mütəmadi izləmək və təhlil etmək.
Rəqib Analizi: Rəqiblərin məhsul, xidmət və qiymət strategiyalarını araşdırmaq, rəqabətə uyğun təkliflər hazırlamaq.
Potensial Müştəri və Partnyorların Müəyyənləşdirilməsi: Bazar araşdırmaları əsasında yeni B2B tərəfdaş və müştəri imkanlarını aşkar etmək.
Yeni Məhsul və Xidmət İdeyaları: Şirkətin maliyyə dövriyyəsini artırmağa yönəlmiş yeni xidmət və konsept təklifləri irəli sürmək.
Strategiya və Biznes Planlara Dəstək: Strateji inkişaf və biznes planların hazırlanmasında analitik data və məlumat dəstəyi təmin etmək.
Müştəri və Bazar Sorğularının Keçirilməsi: Hədəf auditoriyanın tələbat və gözləntilərini öyrənmək üçün araşdırma və sorğular təşkil etmək.
Daxili Strukturlarla Koordinasiya: Araşdırmaların nəticələrini və lazımi analitik materialları aidiyyəti şöbələrlə bölüşmək.
Satış və Partnyorluq Kanallarına Dəstək: Bazar göstəriciləri əsasında tərəfdaşlıq və satış strategiyalarının formalaşdırılmasına köməklik göstərmək.
Daxili Proseslərə Tərəfdaşlıq və Təkliflər: Biznesin inkişafı naminə daxili strukturların gedişatını izləmək və təkmilləşdirici təkliflər vermək.
Hesabatlılıq: Görülən işlər, bazar dinamikası və rəqib təhlilləri barədə rəhbərliyə mütəmadi (həftəlik/aylıq) hesabatlar təqdim etmək.
İş Şəraiti
Ofis daxili;
İş rejimi: həftənin 5 günü (09:00–18:00);
Əmək haqqının 15 gündən bir ödənilməsi;
Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
Tibbi sığorta təminatının verilməsi;
Nahar yeməyinin təmin olunması;
“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.
Tələb Olunan Bacarıqlar
Ofis proqramlarını bilməli (WordExcelPowerPoint və s.).
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bacarıqlar: Word, Excel, PowerPoint, Bazar araşdırması, Bazar təhlili, Rəqib analizi, Trend təhlili, Sorğu tədqiqatı, Data analizi, Biznes planlaşdırması, Hesabatlılıq