"Global Media Group" şirkətlər qrupuna daxil olan müəssisələrdə SƏTƏMM (Səhiyyə, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) proseslərinə ümumi nəzarətin olunması;
Tərkibdəki şirkətlərin SƏTƏMM üzrə məsul şəxslərinin fəaliyyətinin koordinasiya edilməsi, işlərinə nəzarət olunması və müntəzəm monitorinqlərin keçirilməsi;
SƏTƏMM sahəsi üzrə daxili qayda, təlimat və prosedur layihələrinin hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət;
Risklərin qiymətləndirilməsi prosesində iştirak və önləyici tədbirlər planının hazırlanması;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası standartlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun təmin edilməsi;
Baş verə biləcək bədbəxt hadisələrin və insidentlərin araşdırılması, səbəblərinin təhlili və təkrar olunmaması üçün təkliflərin verilməsi;
Rəhbərliyə SƏTƏMM üzrə dövri hesabatların hazırlanması və təqdim olunması.
Namizədə tələblər:
Təhsil: Fövqəladə hallar, həyat fəaliyyətinin təhlükəsizliyi, ekologiya və ya əlaqədar əsas (müvafiq) sahə üzrə ali təhsil mütləqdir;
İş təcrübəsi: SƏTƏMM sahəsində minimum 2 il iş təcrübəsi;
Xüsusi tələb: Hərbi sistemi, hərbi intizam və təhlükəsizlik qaydalarını bilən namizədlərə üstünlük veriləcəkdir;
Sertifikatlar: SƏTƏMM üzrə beynəlxalq və ya daxili sertifikatların (NEBOSH, IOSH və s.) olması arzuolunandır;
Qanunvericilik bilikləri: AR Əmək Məcəlləsi və əməyin mühafizəsi üzrə normativ-hüquqi aktları mükəmməl bilməli;
Səriştələr: Yüksək təşkilatçılıq və analitik təhlil bacarığı, prinsipiallıq, nəzarətetmə və komanda ilə işləmə qabiliyyəti.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bacarıqlar: SƏTƏMM, Əməyin mühafizəsi, Risklərin qiymətləndirilməsi, İnsident araşdırması, Əmək Məcəlləsi, Hərbi intizam, NEBOSH, IOSH