Ofis meneceri
Alutech
- Şirkət
- Alutech
- Şəhər
- Bakı
- İş rejimi
- Ofisdə
- Məşğulluq
- Tam ştat
- Maaş
- 800 AZN
- Son müraciət
- 26.11.2026
“Alutech Baku” şirkəti üçün Ofis-menecer tələb olunur.
Tələblər:
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Ofis proqramlarında işləmə bacarığı;
- Vəzifələrin icrası üçün çalışqan olmaq;
- Azərbaycan, rus və ingilis dillərində ünsiyyət bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətin ofis fəaliyyətinin gündəlik inzibati və təşkilati işlərini planlaşdırmaq və koordinasiya etmək.
- Daxil olan və göndərilən məktubların, sənədlərin və digər yazışmaların qəbulunu, qeydiyyatını və aidiyyəti üzrə yönləndirilməsini təşkil etmək.
- Müqavilə, məktub, əmr, ərizə, protokol, arayış və digər inzibati sənədlərin hazırlanmasında və sistemləşdirilməsində iştirak etmək.
- Ofis ləvazimatları və inzibati ehtiyacların təmin olunmasına nəzarət etmək.
- İşçilərin davamiyyəti, məzuniyyət, ezamiyyət və digər inzibati məsələlər üzrə sənədlərin hazırlanması və uçotunda iştirak etmək.
- HR və digər struktur bölmələrlə koordinasiyalı şəkildə işçilərlə bağlı inzibati sənədləşməni həyata keçirmək.
- Şirkətin elektron və kağız sənədlərinin sistemləşdirilməsi, arxivləşdirilməsi və məxfiliyinin qorunmasını təmin etmək.
İş şəraiti
- Ünvan: Heydər Əliyev pr. 106a
- İş qrafiki: 6 günlük iş rejimi
- Əmək haqqı: 800 AZN (net)
Uyğun namizədlər CV formalarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Xahiş olunur CV-lərinizi göndərəndə, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edəsiniz.
Bacarıqlar: Ofis proqramları, Azərbaycan dili, Rus dili, İngilis dili, İnzibati sənədləşmə, Sənəd arxivləşdirmə