Cisco WLC platforması üzərində simsiz şəbəkə infrastrukturunun (WLAN) mərkəzləşdirilmiş konfiqurasiyasının və idarəçiliyinin həyata keçirilməsi;
Cisco ISE platforması əsasında şəbəkəyə giriş nəzarəti (NAC) mexanizmlərinin, 802.1X autentifikasiya siyasətlərinin və rol əsaslı avtorizasiya qaydalarının tətbiqi və idarə edilməsi;
Cisco CUCM (Unified Communications Manager) platforması üzərində korporativ IP telefoniya infrastrukturunun konfiqurasiyasının və idarəçiliyinin həyata keçirilməsi;
Firewall avadanlıqları üzərində korporativ təhlükəsizlik siyasətlərinin, trafik filtrləmə qaydalarının və zona əsaslı seqmentasiyanın (Zone-Based Security) tətbiqi, davamlı saxlanması və müntəzəm baxışının (review) həyata keçirilməsi;
Şəbəkə infrastrukturu avadanlıqlarının (WLC, ISE, CUCM, Firewall, Router, Switch və s.) proqram təminatının istehsalçı tərəfindən tövsiyə olunan ən son stabil versiyalara uyğun müntəzəm yenilənməsinin (firmware/software upgrade) planlaşdırılması və həyata keçirilməsi;
Şəbəkə infrastrukturuna aid IT aktivlərin konfiqurasiya ehtiyat nüsxələrinin (backup) dövri alınması, saxlanılması və bütövlüyünün yoxlanılmasının təmin edilməsi;
Şəbəkə monitorinq alətlərindən istifadə etməklə şəbəkə infrastrukturunun davamlılığının izlənməsi, performans göstəricilərinin sistematik təhlili və şöbə rəhbərinə hesabatların təqdim edilməsi;
İnsident və problem idarəetməsi (Incident & Problem Management) prosesləri çərçivəsində kök-səbəb analizinin (RCA) aparılması və profilaktik tədbirlərin tətbiqi;
Dəyişiklik idarəetməsi (Change Management) prosedurlarına uyğun olaraq şəbəkə konfiqurasiya dəyişikliklərinin planlaşdırılması, tətbiqi və sənədləşdirilməsi;
Şəbəkə infrastrukturunun (LAN, WAN, WLAN, IP telefoniya və s.) performans göstəricilərinin təhlili əsasında zəif nöqtələrin aşkar edilməsi və optimallaşdırma tədbirlərinin tətbiqi;
Şəbəkə infrastrukturuna dair aktual topologiya sxemlərinin, diagramlarının, IP ünvanlama cədvəllərinin və digər texniki sənədlərinin müntəzəm yenilənməsi və saxlanması;
Xidmət təminatçıları və müqavilə əsasında xidmət göstərilən tərəflərlə texniki əməkdaşlığın aparılması, müəyyən edilmiş xidmət səviyyəsi müqavilələri (SLA) üzrə öhdəliklərin izlənməsi və yerinə yetirilməsinin təmin edilməsi;
Şəbəkə infrastrukturu üzrə daxil olan müraciətlərin qəbul edilməsi, müəyyən edilmiş SLA çərçivəsində həll edilməsi və texniki dəstəyin göstərilməsi;
Bilavasitə rəhbərlik tərəfindən şəbəkə infrastrukturu fəaliyyəti çərçivəsində həvalə edilən digər tapşırıqların icrası
İT İdarə rəisi tərəfindən verilən digər bütün tapşırıqların səlahiyyətləri çərçivəsində icrasını təmin etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Bakalavr);
Şəbəkə infrastruktur üzrə minimum 2 il iş təcrübəsi;
Routing və Switching texnologiyaları üzrə bilik və bacarıq;
Cisco ISE, WLC və CUCM platformaları üzrə bilik və bacarıq;
Palo Alto Firewall idarəçiliyi üzrə bilik və bacarıq;
Şəbəkə monitorinq alətləri (Solarwinds, Zabbix və s.) ilə iş bacarığı;
ITSM alətləri (Jira, ServiceNow və s.) üzrə təcrübə;
Problemi həll etmə, analitik düşünmə bacarığı;
Müasir SDN (Software-Defined Networking) həlləri üzrə bilik və praktiki təcrübə üstünlük hesab olunur;
Komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Təqdimat bacarıqları;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı),