Rəsmi və qeyri-rəsmi görüşlərin planlaşdırılması və koordinasiyası;
Rəhbərin iştirak etdiyi tədbirlər üzrə protokol qaydalarının və işgüzar etiket standartlarının təmin edilməsi;
Rəsmi qonaqların qarşılanması, müşayiəti və müvafiq protokol prosedurlarının təşkili;
Xarici və yerli tərəfdaşlarla görüşlərin təşkilində iştirak;
İşgüzar yazışmaların, məktubların və sənədlərin hazırlanması və idarə olunması;
Rəhbərin tapşırıqlarının vaxtında icrasının izlənilməsi və aidiyyəti şəxslərlə koordinasiya;
Səfərlərin, aviabilet, hotel, transfer və digər logistika məsələlərinin təşkili;
Rəsmi tədbirlər, biznes görüşləri və nahar/dəvətlərin təşkilində iştirak;
Görüşlər üzrə gündəliyin hazırlanması, qeydlərin aparılması və follow-up prosesinin idarə edilməsi;
Məxfi və həssas məlumatların qorunması;
Rəhbərin şəxsi və işgüzar işlərinin koordinasiyasında operativ dəstəyin göstərilməsi;
Zəruri hallarda müxtəlif departamentlər, tərəfdaşlar və xidmət təminatçıları arasında əlaqələndirici rolun icrası;
Gözlənilməz və təcili tapşırıqların operativ şəkildə həll edilməsi.
Tələblər
Ali təhsili;
Qeyd olunan vəzifə üzrə minimum 2 il iş təcrübəsi
Azərbaycan dilində və İngilis dili mükəmməl, Rus dilində yaxşı ünsiyyət bacarığı;
İşgüzar etiket, protokol və VIP qonaqların qarşılanması üzrə bilik və təcrübə;
Görüşlərin, tədbirlərin, səfərlərin və gündəlik iş qrafikinin effektiv koordinasiyası;
MS Office və müasir rəqəmsal alətlərdən istifadə bacarığı;
Yüksək təşkilatçılıq, operativlik, detallara diqqət və problem həll etmə bacarığı;
Məxfi məlumatlarla işləmək, etik və peşəkar davranış;
Stressə davamlı, çevik, proaktiv və güclü kommunikasiya bacarığı;
Beynəlxalq tədbirlər və işgüzar səfərlərin təşkili üzrə təcrübə üstünlükdür.
Bacarıqlar: Azərbaycan dili, İngilis dili, Rus dili, İşgüzar etiket, Protokol, VIP qonaq qarşılanması, MS Office, Rəqəmsal alətlər, Tədbir koordinasiyası, Səfər təşkili, Gündəlik idarəetməsi, İşgüzar yazışmalar