Həkim-terapevt
Qarabağ Universitetinin Klinikası
- Şirkət
- Qarabağ Universitetinin Klinikası
- Şəhər
- Azərbaycan
- İş rejimi
- Ofisdə
- Məşğulluq
- Tam ştat
- Son müraciət
- 25.11.2026
Vəzifə öhdəlikləri:
- Pasiyentlərin ilkin konsultasiyasını və klinik müayinəsini həyata keçirmək, sağlamlıq vəziyyətlərini qiymətləndirmək.
- Kəskin və xroniki daxili xəstəliklərin diaqnostikasını aparmaq və müvafiq klinik protokollara uyğun müalicəsini təmin etmək.
- Pasiyentin klinik vəziyyətinə uyğun fərdi müalicə planı hazırlamaq, müalicənin effektivliyini qiymətləndirmək və dinamik müşahidəni təmin etmək.
- Multidissiplinar komanda ilə əməkdaşlıq çərçivəsində pasiyentlərin müayinə və müalicə prosesinin koordinasiyasının təmin edilməsi;
- Tibbi sənədləşməni mövcud qanunvericiliyin və klinikanın daxili prosedurlarının tələblərinə uyğun aparmaq.
- Klinikanın elmi və praktiki fəaliyyətində iştirak edilməsi, konfrans, seminar və digər peşəkar tədbirlərdə klinikanın təmsil olunması.
Tələblər
Namizədə Tələblər:
- Ali tibbi təhsil və terapiya ixtisası üzrə müvafiq ixtisaslaşma.
- Terapevt kimi minimum 3–5 il klinik iş təcrübəsi;
- Xaricdə təhsil almış və ya peşəkar təkmilləşmə proqramlarında iştirak etmiş mütəxəssislərə üstünlük verilir;
- Scopus və Web of Science bazalarında indeksləşdirilən elmi nəşrlərdə məqalələri dərc olunmuş namizədlərə üstünlük verilir;
- Pasiyentlərlə yüksək ünsiyyət bacarığı, empatiya, tibbi etikaya riayət və peşəkar məsuliyyətlilik.
Bacarıqlar: Terapiya, Daxili xəstəliklər, Klinik müayinə, Klinik diaqnostika, Müalicə planlaşdırılması, Tibbi sənədləşmə