Tibbi və sanitariya sahəsi üzrə məlumatların toplanması, sistemləşdirilməsi və təhlilini həyata keçirmək;
Tibbi və sanitariya göstəriciləri üzrə məlumat bazalarını formalaşdırmaq, yeniləmək və məlumatların aktuallığını təmin etmək;
Müvafiq statistik və analitik hesabatları hazırlamaq, məlumatların düzgünlüyünü yoxlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək;
Tibbi xidmətin təşkili ilə bağlı məlumatları təhlil etmək və aidiyyəti üzrə təqdim etmək;
Normativ-hüquqi və metodiki sənədləri araşdırmaq, onların tələblərini iş prosesində tətbiq etmək;
Tibbi və sanitariya göstəriciləri üzrə məlumatların sistemləşdirilməsi və təhlili əsasında müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
Şöbənin fəaliyyəti ilə bağlı digər struktur bölmələrlə effektiv məlumat mübadiləsini və əməkdaşlığı təmin etmək;
İş prosesində yaranan məsələlərin operativ həllində iştirak etmək;
Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Ali təhsil bakalavr dərəcəsi;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Tibbin əsasları üzrə ilkin biliklər;
Məlumatların toplanması, sistemləşdirilməsi və analitik təhlili üzrə bacarıqlar;
Hesabatların düzgün, dəqiq və vaxtında hazırlanması üzrə təcrübə;
Normativ-hüquqi və metodiki sənədlərlə işləmək və onların tələblərini praktiki fəaliyyətdə tətbiq etmək bacarığı;
Azərbaycan dili səlis, ingilis dili və rus dillərini bilmək üstünlükdür;
MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər;
Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı;
Danışıqların aparılması və problemlərin həlli bacarığı;
Komandada işləmək və əməkdaşlarla effektiv qarşılıqlı əlaqə qurmaq bacarığı;
Dəyişikliklərə və yeni iş proseslərinə uyğunlaşmaq bacarığı;
Analitik düşüncə, diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativlik.
İş rejimi: 5 günlük
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Bacarıqlar: Tibbin əsasları, Məlumat təhlili, Məlumat bazaları, Hesabat hazırlama, Normativ-hüquqi sənədlər, Metodiki sənədlər, Azərbaycan dili, İngilis dili, Rus dili, Word, Excel, Outlook