Tikinti və cari təmir işləri üzrə iş həcmlərini yerində baxış və texniki sənədlər əsasında müəyyən etmək, ölçmə və hesablama işlərini aparmaq;
Tikinti və təmir işlərinin mövcud vəziyyətini qiymətləndirmək, aşkar edilmiş qüsur və çatışmazlıqları müəyyənləşdirmək, qüsur aktlarını hazırlamaq;
Tikinti işlərinin təsdiq edilmiş layihələrə, texniki şərtlərə, tikinti norma və standartlarına uyğun həyata keçirilməsinə texniki nəzarət etmək;
Görülən işlərin keyfiyyətinə, həcminə, istifadə olunan tikinti materiallarının və tətbiq edilən texnologiyaların texniki tələblərə uyğunluğunu yoxlamaq;
Layihələr üzrə tikinti və təmir işlərinin planlaşdırılması, təşkili və icrasına nəzarət prosesində iştirak etmək;
Podratçı təşkilatlar tərəfindən yerinə yetirilən işlərin texniki baxımdan qiymətləndirilməsini həyata keçirmək;
Aşkar edilmiş qüsur və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
Tikinti və təmir işləri üzrə texniki sənədləri, hesabatları, ölçü cədvəllərini və müvafiq aktları hazırlamaq;
Müasir inşaat texnologiyalarının və səmərəli texniki həllərin tətbiqi ilə bağlı təkliflər vermək;
Tikinti işlərinin müəyyən edilmiş qrafikə, keyfiyyət göstəricilərinə və texniki tələblərə uyğun icrasını təmin etmək;
Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
Görülmüş işlər, texniki məsələlər və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat və hesabatlar təqdim etmək;
Birbaşa rəhbər tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Təhsil: İnşaat mühəndisliyi və ya müvafiq mühəndislik ixtisası üzrə bakalavr dərəcəsi;
İş təcrübəsi: İnşaat, tikinti və ya cari təmir işləri sahəsində minimum 2 il iş təcrübəsi;
Tikinti və təmir işlərinin təşkili, iş həcmlərinin hesablanması və qüsur aktlarının hazırlanması üzrə praktiki biliklər;
Tikinti norma və standartları, texniki şərtlər, layihə sənədləri və tikinti materiallarının xüsusiyyətləri barədə biliklər;
Tikinti və təmir işlərinə texniki nəzarət, işlərin keyfiyyətinin qiymətləndirilməsi və qüsurların müəyyən edilməsi bacarığı;
Texniki sənədlərin, hesabatların və müvafiq aktların hazırlanması və tərtib edilməsi bacarığı;
MS Word, MS Excel və MS Outlook proqramları ilə işləmək bacarığı;
Azərbaycan dilini əla səviyyədə bilmək;
Yüksək ünsiyyət və danışıqlar aparmaq, qərarvermə və problem həll etmə bacarıqları;
Komandada işləmək, dəyişikliklərə uyğunlaşmaq və yeni bilikləri mənimsəmək qabiliyyəti;
Sahədə operativ qərarvermə, analitik düşünmə və işlərin prioritetləşdirilməsi bacarığı.
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
İş rejimi: 5 günlük
Bacarıqlar: İnşaat mühəndisliyi, Tikinti işlərinin təşkili, İş həcmlərinin hesablanması, Qüsur aktları, Tikinti norma və standartları, Texniki şərtlər, Layihə sənədləri, Texniki nəzarət, Tikinti materialları, Texniki sənədlər, Excel, Word