Data risk üzrə baş mütəxəssis

Bir

Şirkət
Bir
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
28.11.2026

Data Risk üzrə Baş mütəxəssis bankın məlumat aktivləri ilə bağlı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqini, həmçinin data keyfiyyəti və risklərin idarə edilməsini həyata keçirir. Data Governance üzrə biliklər, data quality prinsipləri, risk idarəetməsi təcrübəsi və SQL, Excel, Power BI kimi analitik alətlərlə işləmək bacarığı bu rol üçün əsas tələblərdəndir.

Vəzifə öhdəlikləri

Bankın məlumat aktivləri üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, prioritetləşdirilməsi və davamlı monitorinqi prosesinin idarə edilməsi;

Data governance və data keyfiyyəti ilə bağlı risklərin analiz edilməsi və azaldılması tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;

Bankın məlumat bazaları və analitika sistemlərində risklərin qiymətləndirilməsi;

Data risk üzrə əsas risk göstəricilərinin (KRI) və risk iştahı hədlərinin (RAS limits) müəyyən edilməsi və monitorinqi;

Məlumat keyfiyyəti problemlərinin aşkarlanması və aradan qaldırılması üçün biznes və İT komandaları ilə əməkdaşlıq;

Tələblər

İqtisadiyyat, maliyyə, statistika, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;

Bank, maliyyə və ya risk idarəetməsi sahəsində minimum 2 il iş təcrübəsi;

Data risk, data governance və ya operational risk sahəsində biliklər;

SQL, Excel, Power BI və ya digər analitik alətlərlə işləmək bacarığı;

Analitik düşünmə və risklərin qiymətləndirilməsi bacarığı;

Azərbaycan və ingilis dillərində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;

Komandada işləmək və müxtəlif şöbələrlə koordinasiya bacarığı;

Data governance framework-ləri ilə təcrübə (məsələn: DAMA-DMBOK);

Bank tənzimləmələri və risk standartları haqqında bilik (məsələn: Basel III);

Statistik analiz və data modelləşdirməsi üzrə təcrübə;

Üstünlüklər

  • İnkişaf imkanları;
  • Rəqabətli əmək haqqı və bonuslar;
  • Yüksək təminatlı sığorta;
  • Dəstəkləyici mühit;
  • Visa Premium əmək haqqı kartı;
  • Korporativ endirimlər;
  • Korporativ tədbirlər;
  • Əlavə məzuniyyət;
  • Güzəştli təhsil və işçi krediti.

Şirkət haqqında

Bir Azərbaycanda gündəlik həyatı daha rahat və əlçatan etmək məqsədilə bankçılıq, ödənişlər, e-ticarət və innovativ rəqəmsal xidmətləri bir araya gətirən Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemidir.

Bir ekosistemi Birbank, Birmarket, m10, Milliön və Future Lab kimi əsas brendləri vahid çətir altında birləşdirərək Azərbaycanın maliyyə xidmətləri, rəqəmsal ödənişlər, e-ticarət və innovasiya sahələrinin inkişafında aparıcı rol oynayır.

Burada işləmək texnologiya ilə dəyər yaratmaq, milyonlarla insana real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır. Bir ekosistemində ideyalar real məhsullara çevrilir, fərqli biznes və sahələr isə öyrənmək, inkişaf etmək və karyeranı istədiyin istiqamətdə qurmaq üçün geniş fürsətlər yaradır.

Bacarıqlar: Risk idarəetməsi, Data Governance, Data Quality, SQL, Excel, Power BI, KRI, RAS limits, DAMA-DMBOK, Basel III, Statistik analiz, Data modelləşdirməsi