Bu rolun əsas məqsədi, Bir ekosisteminin Fintek biznesində məlumatların (data) effektiv idarə olunması və təhlili vasitəsilə biznes qərar qəbuletməni dəstəkləmək və analitik yanaşmalarla strateji fəaliyyətin optimallaşdırılmasına töhfə verməkdir.
Vəzifə öhdəlikləri
Yeni biznes imkanlarını və inkişaf strategiyalarını müəyyən etmək üçün Məhsul Komandası ilə əməkdaşlıq etmək;
Bazar trendlərini, müştəri ehtiyaclarını və rəqiblərin fəaliyyətini anlamaq üçün bazar araşdırması və təhlili aparmaq;
Məhsul performansını və müştəri məmnuniyyətini artırmaq üçün imkanları müəyyən etmək üçün məlumatları təhlil etmək;
Yeni məhsul ideyalarını və biznes təşəbbüslərini qiymətləndirmək üçün maliyyə modelləri və texniki hesabat hazırlamaq;
Rəhbərlik və digər maraqlı tərəflər üçün emal olunmuş məlumatı və tövsiyələri ümumiləşdirən hesabatlar və təqdimatlar hazırlamaq;
Fintex və ya Ödənişlər biznesinə təsir göstərə biləcək sənaye trendlərini və dəyişiklikləri izləmək;
Biznes məqsədlərini dəstəkləmək üçün Marketinq, Satış və Əməliyyatlar da daxil olmaqla digər funksional komandalarla əməkdaşlıq etmək.
Tələblər
Biznes, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
Fintex, Ödənişlər və ya əlaqəli sahədə minimum 2 illik təcrübə;
Məlumatların təhlili, modelləşdirmə və proqnozlaşdırma sahəsində güclü analitik bacarıqlar və təcrübə;
Çağrı mərkəzləri, Çat çəstəyi və ya digər müştəri yönümlü xidmət platformalarında məlumatlarının təhlili ilə iş təcrübəsi;
Məhsulların və kampaniyaların gəlir və xərclərinin hesablanması və maliyyə proqnozlarının hazırlanmasında təcrübə;
Analitik tədqiqatlara, bazar trendlərinə və müştəri ehtiyaclarına əsaslanan biznes planları hazırlamaq bacarığı;
Mürəkkəb maliyyə məlumatlarını bütün səviyyələrdə maraqlı tərəflərə effektiv şəkildə çatdırmaq bacarığı;
Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
Güclü ünsiyyət və əməkdaşlıq bacarıqları, müstəqil və komandanın bir hissəsi kimi işləmək bacarığı;
Microsoft Excel və digər müvafiq proqram təminatlarında sərbəst işləmək bacarığı;
Statistik təhlil, SQL və vizuallaşdırma vasitələri (Tableau, PowerBI və oxşar) üzrə biliklər mütləqdir;
Python, R, SAS kimi kodlaşdırma bacarıqları üstünlük təşkil edir.
Üstünlüklər
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
Şirkət haqqında
Bir ekosistemində işləmək texnologiya ilə dəyər yaratmaq, insanlara real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır.
Komandalarımız açıq müzakirələr, sürətli qərarlar və davamlı təkmilləşmə üzərində qurulub. Ofislərimizdə ideyalar yaranır, məhsullar formalaşır, texnologiya isə bu ideyaların reallığa çevrilməsinə xidmət edir.
Bir ekosistemində biz sadə, etibarlı və innovativ həllərlə milyonlarla insanın və minlərlə biznesin gündəlik həyatına toxunuruq. Fintek biznesi (Birbank), Ödənişlər biznesi (m10/MilliÖn) və E-ticarət biznesi (Birmarket) bir araya gələrək ölkənin ilk tam inteqrasiyalı rəqəmsal ekosistemini formalaşdırır.
Komandamızın peşəkarlığı sayəsində təqdim etdiyimiz məhsullar yeni vərdişlər yaradır və ölkədə rəqəmsal mədəniyyətin formalaşmasına töhfə verir.
Burada işləmək geniş fürsətlərə malik Bir ekosistemində böyümək deməkdir. Fərqli sahələr, müxtəlif məhsullar və tükənməyən öyrənmə imkanları potensialınızı üzə çıxarmağa və karyeranızı inkişaf etdirməyə şərait yaradır.
Bacarıqlar: Datanın idarə edilməsi, Məlumatların təhlili, Maliyyə modelləşdirməsi, Maliyyə proqnozlaşdırılması, Bazar araşdırması, Biznes planlaşdırması, Statistik təhlil, SQL, Tableau, Power BI, Excel, Python