Beynəlxalq Daşınma üzrə Mütəxəssis

Veysəloğlu MMC

Şirkət
Veysəloğlu MMC
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
28.11.2026

Ümumi məlumat

Xidmət etdiyi strukturların beynəlxalq yük daşınma işlərini təşkil edir, daşınma zamanı yaranmış problemlərin həllini təmin edir.

Öhdəliklər

  • Yük daşınması xidməti təklif edən nəqliyyat şirkətlərini araşdırmaq, potensial və faktiki partnyorları müəyyənləşdirmək
  • Yük daşınmaları üçün nəzərdə tutulmuş şərtlərə uyğun nəqliyyat vasitəsini müəyyənləşdirmək
  • Mövcud hərəkət marşrutları içərisində ən optimal və məqsədəuyğun olanını seçmək
  • Daşınma xidməti təklif edən firmalarla danışıqlar aparmaq, xidmət qiymətlərində mümkün olan maksimum endirimləri əldə etmək
  • Boşdayanmalar nəticəsində yaranmış cərimələrin endirilməsi üçün lazımi verilən tapşırıqları həyata keçirmək
  • Daşınmaqda olan, daşınması planlaşdırılan və çatmış yüklərin statusu barədə məlumatları mütəmadi olaraq aidiyyəti strukturlar ilə bölüşmək
  • Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahədə minimum 2 il təcrübə
  • Microsoft Office (Word, Excel, Outlook, Power Point) proqramlarında sərbəst işləmə bacarığı
  • Azərbaycan dili, Rus dili, İngilis dili (Arzuolunandır)
  • Analitik düşünmə tərzi, problemləri həll etmə bacarığı

Bacarıqlar: Word, Excel, Outlook, PowerPoint, Azərbaycan dili, Rus dili, İngilis dili, Beynəlxalq yük daşımaları