Tovuz filialı üzrə Mikro kredit mütəxəssisi ( Aparıcı/Baş mütəxəssis )

Rabitəbank Açıq Səhmdar Cəmiyyəti

Şirkət
Rabitəbank Açıq Səhmdar Cəmiyyəti
Şəhər
Tovuz
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
28.11.2026

“Rabitəbank” ASC Tovuz filialı üzrə Mikro kredit mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Aktiv marketinq təbliğatının aparılması və potensial biznes müştərilərinin banka cəlbi;
  • Müştərilərin biznes fəaliyyətini təhlil etmək;
  • Qayda və prosedurlara əsasən tərtib edilmiş sənədləri təstiqə təqdim etmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə uzunmüddətli və effektli biznes əməkdaşlığını formalaşdırmaq.

Tələblər

  • Ali təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Təşəbbüskarlıq və yenilikləri öyrənmə qabiliyyəti;
  • Müştəriyönümlülük, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti.

Bacarıqlar: Mikro kreditləşmə, Biznes təhlili, Kredit portfeli idarəetməsi, Sənədləşmə, Marketinq, Müştəri cəlbi