Vəzifə öhdəlikləri:
- Mal-material ehtiyatlarının mədaxil və məxariclərinin uçotunun izlənməsi, istehsalla birbaşa bağlı uçot məlumatlarının işlənilməsi
- Xərc smetasının icrası, istehsalla bağlı işlərin görülməsi və xidmətlərin göstərilməsinin uçotu
- Ehtiyyatların nəzarəti: İtkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi
- Sistemə yeni mal-material adlarının və sərfiyyat kartlarının daxil edilməsi
- Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanılması
- Məhsullar üzrə mal-materialın maya dəyərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması
- Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itkilər) planlaşdırılmış göstəricilərin müqayisə olunması
- Aylıq istehsal olunmuş məhsulların maya dəyərinin düzgün formalaşmasının təmin edilməsi
- İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin edilməsi
- Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması
- İdxal əməliyyatlarının uçotu (İdxal olunmuş malların maya dəyərinin formalaşdırılması)
- İxrac əməliyyatlarının uçotu
- İdxal və ixrac üzrə debitor, kreditor üzləşmələrinin aparılması
- Mühasibatlıq sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi, müəyyən olunmuş qaydada arxivləşdirilməsi
- Rəhbərlik tərəfindən tapşırıqların icrası
Bilik və bacarıqlar:
- Excel yaxşı səviyyədə
- Logo Tiger yaxşı səviyyədə
- ACCA F2, F3 sertifikatları və PMS (arzu olunandır) və ya bunlarla bağlı biliklər
- Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi (E-taxes, e-customs)
İş şəraiti:
- İş yeri: Xırdalan, Həsən Əliyev küç. 121 (Xırdalan Şərab Zavodu)
- İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük
- Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur
- Əmək haqqı - Bilik və bacarıqlara uyğun təyin olunacaq
Bacarıqlar: Excel, Logo Tiger, ACCA F2, ACCA F3, PMS, E-taxes, e-customs, Mühasibat uçotu, Ehtiyat uçotu, Maya dəyəri, İdxal-ixrac uçotu, Debitor-kreditor üzləşməsi