İş şəraiti:
- İşəgötürən: Eden Agro MMC
- Struktur: Risk və daxili nəzarət departamenti
- Birbaşa rəhbər: Risk və daxili nəzarət üzrə menecer
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)
Vəzifə öhdəlikləri:
- Cəmiyyətdə effektiv nəzarət mühitinin formalaşdırılması istiqamətində işlərin həyata keçirilməsinə dəstək olmaq
- Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və prioritetləşdirilməsi prosesində iştirak etmək, risk reyestrlərinin hazırlanmasına və yenilənməsinə dəstək olmaq
- Əsas Risk Göstəricilərinin və risk hadisələrinin monitorinqini həyata keçirmək, dövri hesabatlar hazırlamaq və üst rəhbərliyə təqdim etmək
- Preventiv və detektiv nəzarət mexanizmlərinin hazırlanmasında iştirak etmək
- Əməliyyatların davamlılığını və effektivliyini təmin etmək məqsədilə nəzarət mexanizmlərini qurmaq
- Zərurət yarandığı hallarda cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək
- Nəzarət mexanizmlərinin effektiv tətbiqini test etmək üçün üst rəhbərin təlimatlarına əməl etmək
The ATS/CRM platform making hiring easier in Azerbaijan.
For candidatesJobsCompaniesRemoteMy Portal
For employersPost a jobPricing
LegalTerms of UsePrivacy Policy
ConnectJoin Telegram
Hiring powered by JobPark
- Qanunvericiliyə, daxili siyasət və etik davranış qaydalarına uyğunluğun gücləndirilməsi, fırıldaqçılıq risklərinin idarə olunması və risk mədəniyyətinin inkişafı üzrə monitorinq və araşdırmalarda iştirak etmək
- Audit və yoxlamalar zamanı aşkar olunan nöqsanları müzakirə etmək
- Qaynar xətt və digər kanallar vasitəsilə daxil olan şikayətlər üzrə ilkin qiymətləndirmə aparmaq və araşdırma prosesində iştirak etmək
- Hüquqpozma halları üzrə xidməti araşdırmalarda iştirak etmək
- Üst rəhbərə lazımi hesabatları hazırlamaq və təqdim etmək
Vəzifə tələbləri:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, audit, idarəetmə üzrə)
- Risklərin idarə olunması, daxili nəzarət və ya audit sahəsində ən azı 2-3 il təcrübə
- ORM, ACCA, CIA, CRMA və s. sertifikatlara üstünlük
- Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqi bacarığı
- Daxili nəzarət sistemlərinin qurulması və effektivliyinin test edilməsi
- Proses və maliyyə təhlili, risk matrisi və reyestrinin hazırlanması
- Analitik düşünmə, hesabatvermə və Excel/analitik alətlərlə işləmə bacarığı
- Daxili audit və yoxlamalarda iştirak, rəhbərliyə hesabatların təqdimatı
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
- Peşəkar və liderlik inkişaf proqramları
- Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
- Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
- Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
- Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
- Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı
Qeyd: Namizədlərdən CV-lərini mövzu bölməsində "Risklərin idarəedilməsi üzrə mütəxəssis" qeyd edərək göndərmələri xahiş olunur.
Bacarıqlar: Risklərin idarə olunması, Daxili nəzarət, Daxili audit, Risk qiymətləndirilməsi, Risk monitorinqi, Risk matrisi, Risk reyestri, Maliyyə təhlili, Proses təhlili, Hesabatvermə, Excel, ACCA