Əməyin Mühafizəsi və HACCP üzrə İnzibati Köməkçi

Fairmont Baku

Şirkət
Fairmont Baku
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
03.12.2026

Vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi və təhlükəsizlik departamentinin gündəlik fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə dəstək göstərmək
  • Yeni işə qəbul edilmiş əməkdaşlar üçün ilkin giriş təlimatlarının təşkilində, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimlərin keçirilməsində iştirak etmək
  • Əməkdaşların qanunvericiliklə nəzərdə tutulmuş tibbi müayinələrinin vaxtında təşkilinə dəstək göstərmək
  • İş yerlərində təhlükəli vəziyyətlərin və təhlükəsizlik tələblərinə uyğunsuzluqların müəyyən edilməsi, aidiyyəti şəxslərə bildirilməsi və aradan qaldırılması prosesində iştirak etmək
  • İstehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı sənədlərin toplanması, qeydiyyatı və araşdırılması prosesinə inzibati dəstək göstərmək
  • Fərdi mühafizə vasitələrinin, xüsusi geyim və ayaqqabıların uçotunun aparılmasına və düzgün istifadəsinə nəzarət prosesinə dəstək göstərmək
  • Əməyin mühafizəsi üzrə qeydiyyat jurnallarının, hesabatların, aktların və digər sənədlərin hazırlanmasını, yenilənməsini və sistemləşdirilməsini həyata keçirmək
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və fövqəladə hallara hazırlıq üzrə maarifləndirmə və profilaktik tədbirlərin təşkilində iştirak etmək

The ATS/CRM platform making hiring easier in Azerbaijan.

For candidatesJobsCompaniesRemoteMy Portal

For employersPost a jobPricing

LegalTerms of UsePrivacy Policy

ConnectJoin Telegram

Hiring powered by JobPark

  • Otelin ərazisində ekoloji təhlükəsizlik, tullantıların idarə olunması və ətraf mühitin qorunması üzrə tədbirlərə dəstək göstərmək
  • HACCP sistemi çərçivəsində qida təhlükəsizliyi prosedurlarının tətbiqinə, monitorinq formalarının, yoxlama vərəqlərinin və qeydiyyat jurnallarının aparılmasına dəstək göstərmək
  • Qida təhlükəsizliyi üzrə əməkdaşların məlumatlandırılması və təlimatlandırılması prosesində iştirak etmək
  • 1C proqramı vasitəsilə müvafiq məlumatların sistemə daxil edilməsini və işlənməsini həyata keçirmək
  • Davamiyyət cədvəllərinin, iş qrafiklərinin və məzuniyyət planlarının hazırlanmasına, eləcə də departamentin işə qəbul və digər inzibati proseslərinə dəstək göstərmək
  • Departamentin sənədlərinin məxfiliyinin qorunmasını, düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin etmək

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili (əməyin mühafizəsi, texniki təhlükəsizlik, ekologiya, qida təhlükəsizliyi və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür)
  • Azərbaycan dili sərbəst, rus dili və ingilis dili bilikləri yaxşı səviyyədə bilmək (şifahi və yazılı)
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində ilkin biliklər
  • Əmək qanunvericiliyi və əməyin mühafizəsi üzrə normativ sənədlər haqqında ümumi məlumatlılıq
  • HACCP və qida təhlükəsizliyi prinsipləri barədə biliklər üstünlükdür
  • MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmək bacarığı
  • 1C proqramı üzrə bilik və təcrübə üstünlükdür
  • Sənədləşmə və hesabatların hazırlanması bacarığı
  • Yüksək təşkilatçılıq, diqqətlilik və məsuliyyətlilik
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
  • Operativlik, təşəbbüskarlıq və detallara diqqət

Bacarıqlar: Əməyin mühafizəsi, Texniki təhlükəsizlik, Əmək qanunvericiliyi, HACCP, Qida təhlükəsizliyi, Excel, Word, 1C, Sənədləşmə, Azərbaycan dili, Rus dili, İngilis dili